Modern.az

Vahid Əhmədov 5 məsciddə iftar verəcək

Vahid Əhmədov 5 məsciddə iftar verəcək

Aktual

9 İyun 2017, 12:43

Deputat Vahid Əhmədov ofisində Quba və qonşu Xaçmaz rayonundan olan 72 nəfər vətəndaşı onların istəyinə uyğun olaraq təkbətək qəbul edərək onların problemlərini dinləyib. Əhalin narahat  edən  bir çox problemlər deputatın bu dəfəki qəbulu zamanı da araşdırma predmeti olub.

 

Modern.az xəbər verir ki, ali məktəbləri bitirərək rayona qayıtmış gənclərin müvafiq işlə təmin olunmaları, işıq pullarının ödənilməsi məsələsində hər qəbulda rast gəlinən anlaşılmamazlıqlar, kreditlərin qaytarılması zamanı yaranan problemlər, icra hakimiyyətində ev növbəsinə duranların mənzillə təmin olunması, torpaq ilə bağlı mübahisəli məsələlər və s. bu kimi məsələlər qəbul zamanı seçicilərin millət vəkilinə edilən müraciətlər sırasında olub.

 

Rayonun Xınalıq və bir neçə digər kəndlərdə əhaliyə məxsus olan otlaq və başqa torpaq sahələrinin rayonun məsul işçiləri tərəfindən müxtəlif yollarla alınmasına  və ya zəbt olunmasına cəhdlər haqqında müraciətlər də qaldırılan məsələlər sırasında  olub.

 

Əslən Lerik rayonundan olan, Bakı şəhərində tikinti sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Almaslı Sabir qəbul üçün Quba şəhərinə gələrək iş adamlarına hələdə müxtəlif mərkəzi təşkilatlar tərəfindən yaradılan problemlərdən danışıb. Bir çox məsələlərlə bağlı operativ araşdırmalar aparılaraq deputat tərəfindən müvafiq qərarlar qəbul edilib.


Müqəddəs Ramazan  ayının başlanması ilə bağlı deputat öz vəsaiti hesabına Quba şəhərində fəaliyyət göstərən 5 məscidin hamısında  iftar süfrələrinin  təşkil olunması üçün də qərar verib.  Artıq belə tədbirin biri 150 nəfərin iştirakı ilə rayonun Ağ məscidində baş  tutub.  

 

Növbəti qəbul iyul ayına planlaşdırılıb.       

      

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır