23 oktyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Dünəninə diri gözlə baxmaq xoşbəxtliyi
Dünəninə diri gözlə baxmaq xoşbəxtliyi
09.06.2017, 13:33

     
Tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyinə

       
Əli Nəcəfxanlının 60-ı haqladığını “Ədəbiyyat” qəzetindəki yubiley təbrikindən bildim. İnandırıcı gəlmədi, silkindim, qəfil yadıma düşdü ki, axı, deyilənə görə, bu yaxınlarda mən də 55-i yola salmışam. Düzü, xəbərim olmayıb.  Nədənsə, mənə elə gəlir ki, hələ bizim (Əlinin və mənim) 27 yaşımıza bir xeyli qalıb. Yubileyi ilə əlaqədar həmkarıma ünvanlanan təbrik sözlərini oxuyanda  daxilimdən səs gəldi ki, Əli ilə bağlı iç dünyamdakıları ortalığa qoymağın vaxtı yetişib, bunu özümə mənəvi borc bildim və dərhal qələmi ələ aldım. Xeyli gecikdiyimindən də haliyəm. Yəqin, üzürlü bilər.

      
Dostum, həmkarım Əli Nəcəfxanlı cilalanmış, bitkin qələm sahibidir. Mən, təsadüfən, Əlini özümün ilk hekayələr kitabımın redaktoru seçmədim, tərəzinin gözünə nəzər salanda ilk sırada onu gördüm. O, sözü, redaktəni dərindən bilən kəslərdəndir. Həmişə deməyə sözü var, özü də, daxili dünyasından süzülüb gələnləri  həm nəsrdə, həm də nəzmdə canlandıra bilir. Bu, Tanrı vergisidir, hər kəsə nəsib olmur. Dəyərləndirmək, şükür etmək lazımdır. Bu da onun başlıca keyfiyyətlərindəndir. Yeri gəlmişkən, Əlinin bircə bəndlik “Söz” şeiri yadıma düşdü:

     
Vuruldum, oxşadım sözü o ki var,

     
Söz mənə Tanrıdı, mən sözə bəndə.

     
Balığınkı sudu, quşunku hava,

     
Sözdü mənimki də, mən sözə bəndəm.

     

Əli nadir jurnalistlərdən, qələm əhlindəndir, sözün əsl anlamında. O, elə,  yazı adamı kimi dünyaya gəlib.  İstər jurnalistika, istərsə də ədəbiyyatın əsaslarını, eləcə də, Azərbaycan Dilini dərindən bilənlərdəndir. Əlinin nitqi də, yazısı da kamildir, ürəyəyatımlıdır, doğmadır. Dilinin zənginliyində və sinəyəyatımlılığında şifahi xalq ədəbiyyatımıza dərindən bələd olmasının xüsusi rol oynadığı şəksizdir. Nəinki, Azərbaycan ədədbiyyatı, eləcə də, dünya ədəbiyyatından da kifayət qədər xəbərdar olması onun böyük üstünlüklərindəndir. Bundan başqa vaxtilə AZTV-də ədəbi-dram verilişləri baş redaksiyasında böyük redaktor kimi çalışdığı illərdə ədəbi mühitə kifayətə qədər dərindən baş vurmaq imkanı qazanıb.Dəyərli bədii-publisistik yazılarına görə halalcasına Həsən bəy Zərdabi mükafatına layiq görülməsi də çox şeydən xəbər verir.

    
Əli yazıya başlayanda, sətirləri sıralayanda  bulaq təkin çağlayır. Onun qələmə aldıqları insanın ruhuna və qəlbinə sərin su çiləyir, rahatlıq gətirir, ruhən də, qəlbən də dincəlirsən. Onun əksər şeirlərinin poetik libası həsəd doğurur, bahar ətirlidir. Əli sözü qiymətə mindirən kəslərdəndir. O, əlahəzrət “Söz”ün qarşısında dinməz-söyləməz baş əyənlərdəndir. İllər bir-birini əvəzlədikcə, yaradıcılıq  dəryasında irəlilədikcə onun “Söz”  önündə daha münatəzir olduğu gün kimi aydın görünür. Məhz bu səbəbdən, “Söz”ü qibləgahı bilən, yeri cənnətlik Məmməd Aslan kimi azman sənətkar  belə Əli Nəcəfxanlı ilə səmimi fikir mübadiləsindən çəkinməz, ona tükənməz hörmətlə yanaşardı. Bunun şahidlərindən biri mənəm, dəfələrlə çay süfrəsi arxasında bunları öz gözlərimlə görüb, qulaqlarımla duymuşam. Söz aləmində yeri olanların əksəriyyətinin də Əli Nəcəfxanlı yaradıcılığına münasibəti belədir, bunu da dəqiq bilirəm.

     
Hazırda əlinə qələm alanlar saya gəlmir, amma Əli kimi yazıb-yaradanlar çox məhduddur. O, bizim şifahi xalq ədəbiyyatımızı, dilimizin şəhdi-şirəsini, həzzini, ululuğunu, nadirliyini, insanın iç dünyasını yerindən oynadan havacatını bu gün  yaşadan, sabahkı nəsillərə ötürən, dünənimizlə sabahımız arasında möhtəşəm mənəvi körpü olan şəxsiyyətlərimizdəndir. Əli az sözlə böyük mətləbləri dilə və yazıya gətirməyi bacaran(təbii ki, burada onun uzun illər boyunca AzTV-nin “Xəbərlər” proqramının say-seçmə əməkdaşlarından biri olması da əvəzsiz rol oynayıb) qələm əhlindəndir. O, sözün ətəyindən möhkəm-möhkəm yapışanda bir gözü daim yuxarılarda - Tanrının dərgahında olur. Üzərinə düşən mənəvi yükün öhdəsindən layiqincə gəlmək üçün Ulu Yaradandan ümidini əsla üzməz. Əli, təkcə, lazım gələndə yox, istənilən anda sözdən çələng hörəndi, ətrindən, sirri-sehrindən doya bilməzsən. Özü də, mövzusundan asılı olmayaraq. Bir də ki, istər jurnalistikada, istərsə də ədəbiyyatda olsun. Əlinin bütün yazıları(istər publisistik, istərsə də bədii) yetkindir, bitkindir. Onun tutmayan qələm məhsuluna rast gəlməzsiniz. Yetkin saymasa, onu özünkü bilməz.

   
Əli böyük mətləblərə - Tanrıya, Vətənə, Millətə söykənən, milli-mənəvi dəyərlərə önəm verən soydaşlarımızdandır. Qarabağ nisgili Əlinin də iç dünyasından əskilmir. Gözdolusu Şuşanı görə bilməməyi, qan yaddaşında cövlan edən doğması Laçına həsrətdə qalması, Qarabağımızın digər dilbər guşələrinin düşmən tapdağı altında olması onun da  mənəvi əzablarını şahə qaldırıb. Şəhidlər, qaçqınlar, didərginlər, yaralı Vətən Əlinin tez-tez üz tutduğu mövzulardandır:

                    
Soyuq su qatılıb isti aşına,

                    
Vəd verir BMT, ATƏT, AŞ ona...

                    
 Dönəydi yurdunun çaylaq daşına,

                    
Dönüncə Vətəndə qaçqına qaçqın.

     

Əlinin baxışları nisgillidir. Çöhrəsində xoş notlar az gözə dəyər, həmişə qayğılıdır. Zənnimcə, bu, təkcə, onun yaradıcı insan olmasından qaynaqlanmır. Hərdən adama elə gəlir ki, dünənində nədə və ya kimdəsə gözü qalıb.  Tanrının nədəsə ona yar olmadığı duyulur iti və dərindən də dərin baxışlarından. Bu nəzərlərdə bir dastanın yükü var. Özünün də “Dünya üzümə baxmadı” şeirində dediyi kimi:

              
Heç məni saya salmadı,

              
Üstümə sayə salmadı,

              
Mən getdim, say azalmadı,

              
Dünya üzümə baxmadı.

       

Onun daim uzaqlara dikilən baxışlarında sabahla yanaşı dünənin əlamətləri daha qabarıq görünür. Bu “xiffət” Əli qardaşımın gözlərindən aydınca sezilir.  Başlıca səbəb, ən azı, özünə gün kimi bəllidir.O, içi dolu insandır. Tanrını həmişə başının üstə bilər, Allah da daim başının üstədir, xüsusilə bərk ayağda. Öz təbiəti olan insandır, bəlkə də, bu,  Tanrının yaratdığı təbiət adlı möcüzəni mükəmməl şəkildə ruhuna və qəlbinə yansıda bilməsindən qaynaqlanır. Tanrıdan qətiyyən çəkinməz, Ulu Varlığa bağlılığı sevgidən, qədirbilənlikdən, baş məntiqlərə söykənməyindən irəli gələr. Özünün “Yuxarıdan Allah baxır” şerində xırdaladığı kimi:

       

Baxır, vallah-billah, baxır,

       
Heç nə ondan gizli deyil,

       
Pəncərədən, nəfəslikdən,

       
Buxarıdan Allah baxır,

        
Yuxarıdan Allah baxır

    

Qələm əhli, bəşər övladı kimi dünyanın yükünü çiyinlərinə şələləyən Əli dost məclisinin də yaraşığıdır, nikbinliyi də tükənməz, yeri gəldikdə, imkan düşdükcə yeyib-içməyi, şadlanmağı da qədərincə bacarandı. Bu məqamda onun “Meyxanə küncü” şeiri lap yerinə düşür:

      

Mən bəxtiyar sakinəm

      
 Bir meyxanə küncündə.

      
Daha yaxşı fırlanır

      
Yer meyxanə küncündə. 

   

 Həqiqətən sevməyi bacaranlar, ta körpəlikdən bu hissin ağuşuna atılanlar diri, təbii adamlardı, onların iç dünyasından zənginlik əskilməz.  Bədii yaradıcılığından da göründüyü kimi, Əli də belə kəslərdəndir. Bir də ki, sevməyi bacrmayandan əsl qələm əhli, xüsusilə, şair ola bilərmi!?. Məhz eşq, məhəbbət, sevgi dolu kəslərin yaradıcılığında bədiilik şahə qalxa bilər. Mənim qənaətimcə, məhz sevgi mükəmməl qələmlərin qurumayan mürəkkəbidir!!!  Bu nöqtədə, məncə, “Çöhrəsinə nişanlanan baxışlarım”, “Tanrının min illik qibləsi ilə, çaşıb səhv salmışam sizin qapını...” kimi tapıntı deyimlərin müəllifinin təcnislərindəki bəndlərdən birinə diqqət kəsilməyimizə ehtiyac duyulur:

          

Sevdim tək gözəli, qaldım tək təki,

          
Yadına salmazmı məgər tək təki?

          
Dözərəm həsrətə, qallam tək, təki,

          
Yaşada yar vuran yara da məni.

      

Bir də, hallalıq naminə, hərdən adama elə gəlir ki, Əlinin eqoizmi sərhəd tanımır, bir az yaxından bələd olandan sonra görürsən ki, yox, bu Tanrı bəndəsinin eqoizmi təvazökarlığının kölgəsindədir. Əslində, bu özünəvurğunluq yox, sadəcə, qanından, canından gələn özünə hörmətdir. O, heç vaxt haqqı nahaqqa qurban verməz. Həddən ziyadə şişirtməni də məqbul saymaz. Tutaq ki, kiminsə barəsində xoş söz demək məcburiyyətindədir; nikbin notlara bələdiyi nitqindən sətiraltı “tikanlar” Fəskilməz, bununla yanaşı mütləq tarazlığa nail olmağa çalışar. Bunu o qədər ustalıqla, peşəkarlıqla eləyər ki, barəsində danışılan kəsin ruhu da inciməz. Qətiyyən dondan-dona girməz, bu onluq deyil, özüdür ki, var, bu həmişə belədir. İçindən gəlməyən, dilindən pərvazlanmaz. Ağızdan da bütövdür, sirr saxlayandı, bu onun görüb-götürməyindən, ailə tərbiyəsindən irəli gəlir, təkcə, qırtlağı olduğundan deyil. Tam həqiqətdir,dünyaya oğul kimi gəlib.

   

Əli, elə bir yaradıcılıq bulağıdır ki, gözünə duz tökməyə qətiyyən ehtiyac qalmır. Təki, onu qədərincə duysunlar, ona, onun qələmə aldıqlarına ehtiyac olsun, onu dinləmək istəsinlər. Onu iç dünyasını bölüşməyə sövq edə bilsən, qətiyyən peşiman olmazsan, əksinə, hərə dəfə yeni nəyisə kəşf edəcəksən. Həqiqi yazını dərk edənlər üçün Əlinin ortalığa qoyduqları baldır, bəkməzdir, məlhəmdir. Qələmin iti olsun qardaş, bir daha xatırladıram, ömrün bahar çağları 50-dən sonra başlayır, sən də gəncliyinin gur dövründəsən. Tanrı səndən və əzizlərindən kəramətini əsirgəməsin, bir daha 60 illik yubileyin mübarək!!! 

Azad Müzəffərli,

əməkdar jurnalist


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Əli NƏCƏFXANLI
09.06.2017, 12:29

Minnətdaram, çox sağ olun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kriminal avtoritet həbsdə ölüb
23.10.2017, 11:38

Kriminal avtoritet həbsdə ölüb

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ   
23.10.2017, 11:35

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ  

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu
23.10.2017, 11:29

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   
23.10.2017, 11:28

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ
23.10.2017, 11:06

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb
23.10.2017, 11:00

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   
23.10.2017, 10:58

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu
23.10.2017, 10:54

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu

Elmar Məmmədyarov İtaliyaya getdi
23.10.2017, 10:54

Elmar Məmmədyarov İtaliyaya getdi

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi
23.10.2017, 10:45

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI
23.10.2017, 10:34

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
23.10.2017, 10:28

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq   
23.10.2017, 10:25

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq  

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR
23.10.2017, 10:17

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

İlin rekordu və ilin ixtisası
23.10.2017, 10:15

İlin rekordu və ilin ixtisası

Neft BAHALAŞDI 
23.10.2017, 10:13

Neft BAHALAŞDI 

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü
23.10.2017, 10:01

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
23.10.2017, 10:01

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
23.10.2017, 09:41

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...   
23.10.2017, 09:19

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...  

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO   
23.10.2017, 09:14

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO  

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
23.10.2017, 09:05

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb
23.10.2017, 08:56

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  
23.10.2017, 08:48

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
23.10.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu
23.10.2017, 00:37

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Bakıda məhkum həbsxanada evləndi - Foto
23.10.2017, 00:18

Bakıda məhkum həbsxanada evləndi - Foto

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib
22.10.2017, 23:56

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib

Polad Bülbüloğlu mükafatlandırılıb
22.10.2017, 23:36

Polad Bülbüloğlu mükafatlandırılıb

Hülusi Akar ABŞ-a getdi
22.10.2017, 23:19

Hülusi Akar ABŞ-a getdi

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq
22.10.2017, 23:01

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq

Torpaqların elektron kadastr uçotuna başlanılıb
22.10.2017, 22:43

Torpaqların elektron kadastr uçotuna başlanılıb

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək
22.10.2017, 22:29

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib
22.10.2017, 22:24

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(24.3%)
“Azərsu”(9.34%)
“Azəristiliktəchizat”(3.25%)
Heç biri(57.7%)