Modern.az

Nazirlikdən “Təhsil haqqında” qanunla bağlı qalmaqala REAKSİYA

Nazirlikdən “Təhsil haqqında” qanunla bağlı qalmaqala REAKSİYA

Təhsil

9 İyun 2017, 14:38

Xəbər verdiyimiz kimi, “Təhsil haqqında” qanuna dəyişiklik edilir. Qanunun 22-ci maddəsinə ediləcək dəyişikliyə görə, universitetlərin nəzdində ödənişli hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

 

Təklif olunan dəyişiklikdə “Təhsil” Qanununun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması öz əksini tapıb.

 

Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.

 

Qanuna təklif olunan dəyişiklik deputatlar və ictimaiyyət arasında böyük səs-küy yaradıb. İnsanlar bununla bağlı narazılıqlarını bildirirlər.

 

Məsələ ilə bağlı Təhsil nazirliyi Modern.az-ın sorğusuna cavab verib.

 

Nazirlikdən bildirilib ki, bu məsələ hal-hazırda müzakirə səviyyəsindədir.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!