25 iyul 2017, Çərşənbə
Ana Səhifə - MEDİA - 39 yaşlı Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ
39 yaşlı Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ
09.06.2017, 16:59

“Hər an jurnalistikaya qayıda bilərəm”

 

Park Bulvar-ın PR meneceri, tanınmış telejurnalist Günay Malikqızının bu gün doğum günüdür. Günay Malikqızı 1978-ci ildə Bakıda anadan olub. Uzun illər televiziya və mətbuat sahəsində aktiv fəaliyyət göstərib.


Modern.az
saytı Günay Malikqızından doğum günündə müsahibə alıb. 

 

- Günay Malikqızı. Bu adı televiziyadan tanımayan tamaşaçı az tapılar. Həm də gülərüz xanım obrazınız var.

 

- Əslində, heç kəs 39 yaş vermir. Hətta, həyat yoldaşım  deyir ki, rahat ol, o yaşı göstərmirsən.

 

- Əgər həyat yoldaşınız bunu deyirsə, bu cür iltifata ancaq məmnun olmaq olar. 39 yaşınıza qədər televiziya dönəminizdə də doğum günləriniz çox olub. Fərqi hiss edə bilirsinizmi?

 

- Əlbəttə, fərq özünü göstərir. Televiziyada işləməyə başlayanda 17 yaşım vardı. Bir var 17-18 yaşını qeyd edəsən, bir də var 39 yaşını. Fərq mütləq hiss olunur. Televiziyada çalışdığım illər çox gözəl illər olub. Əsas odur ki, geriyə baxanda heç nəyə görə peşman olmuram. Bu, məni çox sevindirir. Televiziyanı, medianı, söz adamlarını çox sevirəm.

 

- Mərhum prezident Heydər Əliyevin zamanında aktiv jurnalistlərdən olduğunu deyə bilərik. Xeyli səfərləri işıqlandırmısız. O illərin jurnalistikası sizə nə verdi?

 

- Bu, çox maraqlı sualdır. Məndən çox müsahibə alıblar, heç vaxt fəaliyyətimin Heydər Əliyevlə bağlı olan bölümünə dair heç nə soruşmayıblar. İndi jurnalistikada olmasam da, özümü jurnalist hesab edirəm. O zamanlar jurnalistika başqa cür idi. Qeyri-adi həyəcanı vardı. Bir dəfə 8 Mart Qadınlar günü ilə bağlı ümummilli liderin çıxışı olmalı idi. Elə alındı ki, biz ulu öndərlə üz-üzə gəldik. Sadəcə, həmin məqamda o, güldü. Heydər Əliyevi görəndən bir neçə gün sonra öz-özümə dedim ki, nə yaxşı o insanla üz-üzə gəldim. Qeyri-adi bir hiss idi. Doğrudan da, o günlərin jurnalistikasının xüsusi həyəcanı vardı. Həm də o dövr çox çətin və gərgin idi. İndi isə sabitlik hökm sürür. Sabaha ümid və inam var. 10 il öncəni planlaşdıra bilirik. Amma o vaxtlar belə şeylər yox idi. İş rejimimiz qaçaqaç üzərində qurulmuşdu. Hətta, vəziyyət o qədər gərgin idi ki, mühafizəçilərin  nəzarəti altında evə gedirdik. Amma o illər çox mənalı illər idi. Deyə bilərəm ki, hər an jurnalistikaya qayıda bilərəm.

 

- Uzun illər Milli Məclisin xüsusi müxbiri kimi fəaliyyət göstərmisiz. Sizinlə eyni dövrü keçən həmkarlarınız o dövrün parlamentinin fərqli ab-havada olduğunu deyirlər. Deputatlar indiki kimi mətbuatdan və jurnalistlərdən qaçmırdı. Daha səmimi idilər. Siz necə düşünürsüz?

 

- Deyilənlərlə razıyam. O dövrün parlament jurnalistləri ilə deputatlar eyni zalda əyləşirdilər. Bu da deputatla jurnalistin bir-birinə inamının bariz nümunəsi idi. Özü də deputatlar jurnalistin müxalif olub-olmamasına fərq qoymurdular. Mediadan müxtəlif mövzularda yazan media nümayəndələri parlamentdə deputatlarla birgə olurdular. Elə məqamlar var ki, orada milli maraqlar hər şeydən üstündür. Təbii ki, jurnalist buna önəm verməlidir.

 

- Zəngin jurnalistika dövrü keçən gülərüz və aktiv xanım hazırda PR menecerliyini həyata keçirir. Jurnalist aktivliyi burda özünü necə göstərə bilir?

 

- Həmişə bir söz deyirəm. Jurnalistikada aktiv olanlar digər sahədə də bunu qoruyub saxlaya bilir. İnanmıram ki, jurnalistikanı sevən adam aktiv olmasın. Düşünürəm ki, sözü ucuzlaşdırmaq olmaz. Bəzən adi bazarlığa gedəndə məni səsimdən tanıyırlar. “Günay xanım, çoxdandır ki, efirdə görsənmirsiz?”-deyən tamaşaçının sözü mənim üçün illərin hədiyyəsidir. O zaman dünyanın xoşbəxti oluram. Düşünürəm ki, məni hələ də səsimdən tanıyırlar. Eyni zamanda, PR menecerliyi çox maraqlı sahədir və burda da çox aktiv olduğumu deyə bilərəm. Harada olmağımdan asılı olmayaraq, aktivlik həyat tərzimdir.

 

- Gülərüz mimikanız var. Sizə tamaşa edəndə sanki həyatda heç zaman çətinlik çəkməmisiniz kimi təəssürat yaranır.

 

- Hər zaman yazırlar ki, Günay xanım, hər zaman belə gülərüz qalın. Əslində, həyatın çətinliklərini görmüş insanam. 19 yaşımda atamı itirmişəm. Atam  Malik Fərrux şair olub. “Karvan” qrupunun ifa etdiyi mahnıların mətnini atam yazıb. Atam neçə illər AzTV-də çalışmaqla yanaşı, həm də nəğməkar şair kimi tanınırdı. Təkcə atamı yox, həm də yaxın dostumu itirmişəm.

 

- İnsanı həyatda xoşbəxt edən bir çox şeylər var. Hətta, elə insanlar var ki, xatirələrlə yaşaya-yaşaya özünü dünyanın xoşbəxti sayır. Bəs Günay Malikqızını xoşbəxt edən nədir?

 

- Məni də xoşbəxt edən səbəblər var. Ailəm, dostlarım, yaxınlarımın yanımda olması mənə kifayət edir. Bir qızım var. Uzun illərdən sonra həyatımıza daxil olub. Yəni bizi xoşbəxt edən hallar mütləq var.

 

- Bir övladınızın olduğunu dediniz. Maraqlıdır, anasına doğum günü hədiyyəsi nə olub? Həmçinin, bu cür xanım hədiyyə məsələsində hansı qadağaları sevir?

 

- Ad günümün qəribə tarixçəsi var. İki gün qeyd edirəm. Əslində, iyunun 8-i anadan olmuşam. Amma evdə hər kəs- anam, bacılarım, həyat yoldaşım Bəhruz  ayın 9-u qeyd edib. Həyatıma yeni daxil olan insanlar isə iyunun 8-i təbrik edir. Onların arasında qızım Zeynəb də var. O, həyatıma 10 ildir ki, daxil olub. Ona görə də dünəndən təbrik edib. Zeynəb rəsm çəkməyi sevdiyindən mənə maraqlı şəkil çəkib. Bu, mənim üçün əvəzolunmaz hədiyyədir. Hətta, yaxınlarımın mağazadan aldığı hədiyyəni qəbul etmirəm. Məsələn, hansısa ətiri özüm də ala bilərəm. Düşünürəm ki, onların hədiyyəsində bir zəhmət izi mütləq olmalıdır. Həmçinin, ən əsası bir yerdə sağlam həyat yaşayaq.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Aslan İsmayılov Etibar Məmmədovu rusiyapərəstlikdə İTTİHAM ETDİ
25.07.2017, 10:41

Aslan İsmayılov Etibar Məmmədovu rusiyapərəstlikdə İTTİHAM ETDİ

Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
25.07.2017, 10:33

Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq   
25.07.2017, 10:29

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq  

Tillerson istefa verə bilər 
25.07.2017, 10:27

Tillerson istefa verə bilər 

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…
25.07.2017, 10:15

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO
25.07.2017, 10:15

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir
25.07.2017, 10:12

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub
25.07.2017, 10:04

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub

Ermənilər mövqelərimizə 4 mərmi atdı
25.07.2017, 09:43

Ermənilər mövqelərimizə 4 mərmi atdı

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü
25.07.2017, 09:34

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü

Xəzər Universiteti daha bir uğura imza atdı
25.07.2017, 09:32

Xəzər Universiteti daha bir uğura imza atdı

Yaponiyada isti 6 nəfəri öldürdü
25.07.2017, 09:29

Yaponiyada isti 6 nəfəri öldürdü

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...
25.07.2017, 09:27

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı
25.07.2017, 09:19

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq
25.07.2017, 09:00

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 
25.07.2017, 08:45

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır
25.07.2017, 08:42

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır

Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)