Modern.az

Tacir Şahmalıoğludan müəlliminə sərt CAVAB: “Ağlı sürüşüb” - QALMAQAL

Tacir Şahmalıoğludan müəlliminə sərt CAVAB: “Ağlı sürüşüb” - QALMAQAL

9 İyun 2017, 17:07

“Qarabağ bülbülləri” ansamblının yaradıcısı və rəhbəri bəstəkar Murad Rzayev kulis.az-a musahibəsində deyib:

 

“Tacir Şahmalıoğlunu məşhurlaşdıran  mənim “Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu. Tarixə də mənim adımla düşüb. Bu ifa təkcə Taciri yox, “Qarabağ bülbülləri”ni də məşhurlaşdı”.

 

M.Rzayev həmçinin bildirib ki, tələbələrinin çoxundan narazıdır.

 

“Əməyimi itirdilər. Yerə vurdular. Ən çox da Tacir Şahmalıoğlu. Ona görə efirdən dedim ki, haqqımı Tacirə halal eləmirəm”.

 

Məsələ ilə bağlı tanınmış müğənni Tacir Şahmalıoğlu Modern.az-a açıqlama verib.

 

T.Şahmalıoğlu deyib ki, “Bayatı Şirazı”ı onun oxuduğunu hamı bilir.

“ Murad Rzayevin orada nə rolu ola bilərki? Onun burada  bir rolu olub ki, mənə deyib ki, Abbas Səhhətin sözlərini gəl qoşaq buna oxuyaq. Onun burada bir rolu odu. “Bayatı Şirazı” mən oxuyub məşhurlaşmışam”. 

 

Müğənni bildirib ki, Murad Rzayev onun səsindən istifadə edib, səsini batırıb.

“Mənim səsim özbaşına batmayıb ki? Oxumaqdan batıb da.  O mənə haqqın necə halal etmirsə, mən də ona haqqımı halal etmirəm”.

 

T.Şahmalıoğlu deyib ki, Murad Rzayev qocalıb, ona görə də onun ağlı başında deyil.

“O, ağlını itirib. Niyə onu 10 il bundan əvvəl demirdi? O bunu indi elədiyinə görə deyirəm ki, onun ağlı sürüşüb. Ona görə də boş verirəm. 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır