Modern.az

Nalbanyanı susduran azərbaycanlı tələbə: “Erməni diplomatlar bildilər ki, ora elə-belə gəlməmişəm”

Nalbanyanı susduran azərbaycanlı tələbə: “Erməni diplomatlar bildilər ki, ora elə-belə gəlməmişəm”

9 İyun 2017, 17:59

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İtaliyaya səfəri zamanı Romanın La Sapienza Universitetində gözlənilməz situasiya ilə üzləşib. Belə ki, universitetin azərbaycanlı tələbəsi Emin Rüstəmov  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni nazirə sual ünvanlayıb. Sual Nalbandyanı çətin vəziyyətə salıb.

İtaliyada oxuyan tələbə Emin Rüstəmov Modern.az-a açıqlamasında görüş barədə bunları deyib.

 “Əvvəla, ermənilərin İtaliyadakı diplomatlarının sayı çox deyil. Görünür, onlar məni tanıdılar. Əmin oldular ki, ora elə-belə gəlməmişəm. Dəhşətlisi odur ki, Nalbandyan çıxışı zamanı məlumatları üzündən oxuyurdu. Çalışdığı qədər Azərbaycanı aşağıladı. Guya, 1918-ci ildə italyan jurnalistinin kitabı olub. Orada göstərilib ki, Qarabağ heç vaxt Azərbaycan ərazisi olmayıb. Azərbaycana bağlılığı yoxdur. Daha sonra Stalinin apardığı siyasətdən danışaraq dedi ki, Qarabağ ərazisi Azərbaycana Stalin tərəfindən məcburi verilib və hər zaman ermənilərə bağlı ərazi olub. Nalbandyan mətbuat və ictimaiyyət qarşısında çox yalanlar danışdı. Düzü, bu danışıqlardan çox hiddətləndim. İtalyan jurnalist sual verəndən sonra mənə də şəriat yaratdılar”.

Azərbaycanlı tələbə, nazirə verdiyi sualdan da söz açıb.

“Burada iki nüans var. Biri italyan jurnalistin, biri isə mənim verdiyim sualla bağlıdır. İtalyan jurnalistin Nalbadyana sualı budur: “Siz Azərbaycan torpaqlarından nə vaxt çıxacaqsaınız?”. Mənim sualım isə belə idi: “Sizin danışıqlarınız mənə 1938-ci ildə faşist Almaniyası tərəfindən Çexoslavakiyanın Sudet regionunun birləşdirilməsini xatırlatdı.  Çünki sizin Qarabağın müqəddəratı haqqında danışmağınız faşist Almaniyası tərəfindən keçmiş Çexoslovakiyanın Sudet vilayətinin işğalına bənzəyir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır. 
Siz İtaliyanın təcrübəsindən öyrənə bilərsiniz. İtaliyanın Trentino-Alto Adige modeli dünyada sülh modelidir.  Ən nümunəvi modellərindəndir. Sizcə, qeyd etdiyim bu italyan modeli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istifadə oluna bilərmi?”.
Bu sual Nalbandyanı çaşdırdı. Yalan olmasın, bəlkə  10 dəqiqədən də çox müddətdə sualıma cavab  verməyə çalışdı.  Amma Nalbandyan hər vəchlə sualıma cavab verməkdən yayındı”.


Namidə BİNGÖL

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir