Modern.az

Təhsil naziri “Son zəng”lə bağlı ƏMR verib

Təhsil naziri “Son zəng”lə bağlı ƏMR verib

Təhsil

9 İyun 2017, 18:11

Təhsil naziri Mikayıl CabbarovAzərbaycandakı ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. Modern.az-ın məlumatına görə, əmrdə bildirilir:
 

1. “Son zəng” tədbiri 14 iyun 2017-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun.

2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilsin.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində  şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Nazirliyin rəsmi internet saytında yerləş-dirilməsini və yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar