Modern.az

İmsaq və iftarda bu meyvələrdən YEYİN

İmsaq və iftarda bu meyvələrdən YEYİN

10 İyun 2017, 13:02

Bu gün Ramazan ayının 15-ci günüdür.

Ramazan ayının şərtlərinə müvafiq olaraq insanların gün ərzində qəbul etməli olduqları qida payının sayı 2 dəfəyə kimi azalır. Bu səbəblə həzm sisteminin prosesi dəyişir. Qəbizlik, mədədə qabarma, həzmsizlik kimi problemlər  əmələ gəlir.

 

Modern.az saytı xəbər verir ki, dietoloqlar bağırsaqların yaxşı inkişaf etməsi üçün meyvənin bu işdə olan mühüm əhəmiyyətini vurğulayıb.

 

Həzmin yaxşı getməsi və maddələr mübadiləsinin inkişafını təşkil etmək üçün, imsaq və iftar saatlarında 3-4 porsiya meyvə yemək məsləhət görülür.

Orucluq ayında yeməli olduğumuz meyvələr və onların faydaları aşağıdakılardır:

 

Quru Ərik

 

İmsaq vaxtı yeyilən meyvə qəbizlik problemini aradan qaldırmaq üçün çox vacibdir. Bu baxımdan imsaqda quru ərik yemək məqsədəuyğun hesab olunur. İçərisində olan yüksək lif miqdarı, tox qalmağa kömək edir.

 

Şaftalı

 

A və C vitaminləri ilə zəngin olan bu meyvəni, yaxşıca yumaq şərti ilə qabığını soymadan yemək məsləhət görülür. Şaftalı da tox tutan meyvə qidalarından biridir.

 

Ananas

 

Mineral və lif tərkibi ilə faydalı olan ananas, həzmi asanlaşdırır. İmsaq və ya iftar vaxtlarında 2 dilim ananas yemək məqbuldur.

 

Armud

 

Lif tərkibi zəngindir. Bağırsaq problemlərinin həll olunmasına kömək edir.

 

Banan

 

Tərkibində zülal, B1, B2, C və A vitaminləri olan tropik meyvə, qəbizlikdən əziyyət çəkənlərə məsləhət görülmür. Tox saxlama xüsusiyyətinə görə, Ramazan ayında banan yemək, işi asanlaşdırır. İftardan sonra şirniyə olan tələbatı ödəmək üçün, süd, yulaf və darçınla birlikdə yemək olar.

 

Məcid Əmirov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır