Modern.az

Natiq Əliyev dəfn edildi

Natiq Əliyev dəfn edildi

Aktual

10 İyun 2017, 14:38

Energetika naziri Natiq Əliyev dəfn edilib.

 

Modern.az xəbər verir ki, Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Natiq Əliyev II Fəxri xiyabanda torpağa tapşırılıb. 

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

 

Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

 

Mirmahmud Kazımoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?