Modern.az

Deputat məşhur yazıçının romanını Azərbaycan dilinə tərcümə etdi  FOTOLAR

Deputat məşhur yazıçının romanını Azərbaycan dilinə tərcümə etdi  FOTOLAR

10 İyun 2017, 19:58

 

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev  Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı  romanını fransızcadan  Azərbaycan dilinə çevirib.  Roman 2014-cü ildə Fransada çap olunub və elə həmin il görkəmli yazıçı İsveç Akademiyası tərəfindən Nobel mükafatına layiq görülüb.

P. Madianonun bir neçə əsəri Azərbaycan dilinə çevrilsə də, “Məhəllədə azmamaq üçün”  romanı yazıçının iztirablarını və oradan  keçirərək, təsvir etdiyi ağrılarını özündə daha dəqiq əks etdirir.

“İşğal altındakı  həyat  tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələrin  məharətlə təsvirinə  görə”  Nobel mükafatına  layiq  görülən Madianonun sarsıntıları bu kitab vasitəsilə Azərbaycan dilində də öz oxucusu ilə asanlıqla “dil tapacaq”.

Patrik Modiano  fransız ədəbiyyatının ən görkəmli simalarından biridir.  35 illik ədəbi karyerasında otuza qədər  romanın müəllifi olan yazıçı özünə geniş miqyaslı oxucu kütləsi qazanıb. Yaradıcılığının əsas leytmotivi müharibə və işğal şəraitində cəmiyyətdəki hərəkətlilik, insan şəxsiyyəti, özünün də həyatına böyük təlatümlər gətirmiş müharibə və ata mövzularıdır.  O,  eyni zamanda  bir sıra filmlər üçün ssenarilərin, bir neçə mahnı albomunun müəllifidir. Romanları dünyanın bir çox dillərinə tərcümə olunub.

 

Qeyd edək ki, bu kitabla yanaşı Cavanşir Feyziyevin fransızcadan  Azərbaycan dilinə tərcümə etdiyi hekayələr, məqalələr mütəmadi olaraq dövri mətbuat orqanlarında çap edilir.  

Deputat həmçinin, 2015-ci ildə fransız tarixçisi və hüquqşunası Jorj dö Malvilin “1915-ci il erməni faciəsi” adlı kitabını tərcümə edib və əsər Azərbaycan dilində “Mütərcim” nəşriyyatında çap olunub.

 

Günay RƏSULQIZI

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi