Modern.az

Türkiyə hərbi bazası regionun təhlükəsizliyinə xidmət edir  

Türkiyə hərbi bazası regionun təhlükəsizliyinə xidmət edir   

Dünya

10 İyun 2017, 22:39

"Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bəhreynli həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib.

Türkiyə Xarici İşlər naziri deyib: "Türkiyə bu günə qədər bölgədə qardaşlıq münasibətlərinin bərqərar olunması üçün çox səylər göstərib. Qətərdə yaradılan Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bu addım konkret hansısa ölkəyə qarşı yönəlməyib və əvvəllər Türkiyə və Qətər arasında olan sazişdən irəli gəlir".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!