Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO  

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO   

11 İyun 2017, 11:07

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil. 

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınıblar.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovu təkcə geniş tələbə auditoriyası deyil, ictimai-siyasi prosesləri izləyənlər də yaxşı tanınır.
Azərbaycan Prezidentinin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Pedaqoji Universitetin rektoru təyin edilən Cəfər müəllim ondan öncə də təhsil sahəsində çalışırdı, həm də elə rektor vəzifəsində. Bu təyinatadək o, 10 il idi ki, Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsində işləyirdi.

C.Cəfərov 1960-cı ildə Naxçıvan şəhərində mühəndis ailəsində anadan olub. V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini və onun aspiranturasını bitirib, 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb.
1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləyib.
1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olub.
Cəfər Cəfərov 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləyib.
2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olub.
Rus, ingilis, türk dillərində sərbəst danışır.


Cəfər Cəfərovun oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Tanıyanlar deyəndə elm aləmində baş verənləri izləyənləri nəzərdə tuturuq. İzləməyənlər isə baxıb tanısınlar.  


Ağası Məlikov texnika elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Teletrafik nəzəriyyəsi" laboratoriyasının rəhbəridir.
Ağası müəllim həm də Milli Aviasiya Akademiyasında “İnformasiya Texnologiyaları” kafedrasının müdiri vəzifəsində işləyir.
A.Məlikov 1957-ci ildə Siyəzən rayonunda anadan olub. 1972-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub. Bu təhsil ocağını bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim işləyib. Sonra isə elmi fəaliyyətlə məşğul olmaqdan ötrü Kiyev şəhərinə gedib. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etdikdən sonra Bakı şəhərinə qayıdıb.
Elmi sahədə əldə etdiyi uğurlarına görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Ağası Məlikov bu gün də pedaqoji və elmi fəaliyyətlə məşğuldur. 
O, Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür. 2012-ci iləd həmin jurnalın baş redaktoru seçilib.


Cəfər Cəfərovla Ağası Məlikovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.


Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi