Modern.az

Rusiyada silah dövriyyəsinə nəzarət gücləndirilir

Rusiyada silah dövriyyəsinə nəzarət gücləndirilir

11 İyun 2017, 20:46

Rusiya Dövlət Dumasının Təhlükəsizlik üzrə komitəsi silah dövriyyəsi barədə qanunun sərtləşdirilməsi barədə məsələni müzakirə etmək niyyətindədir. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu komitənin sədri Vasiliy Piskaryev bildirib.

V.Piskaryev bildirib ki, spirtli içki və narkotik maddə qəbul etmiş şəxslərin silah daşımaqla bağlı xüsusi icazələrinin ləğvi və ömürlərinin sonlarına qədər onların silah daşımasına icazə verilməməsi nəzərdə tutulur. Eyni zamanda içkili vəziyyəti inzibati xətaya yol vermiş şəxslərin də silah daşımaqla bağlı icazələrinin ləğv edilməsi təklif olunur. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı