Modern.az

Makronun yaratdığı hərəkat  parlament seçkilərində liderdir,  Yenilənib

Makronun yaratdığı hərəkat  parlament seçkilərində liderdir,  Yenilənib

12 İyun 2017, 00:38

Fransada keçirilən parlament seçkilərində Fransa prezidenti Emmanuel Makron tərəfindən yaradılmış "İrəli, respublika" hərəkatı liderliyini qoruyub saxlayır. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, səslərin 75,7 faizinin hesablanmasından sonra Makronun "İrəli, respublika" hərəkatının 26,9 faiz səs aldığı məlum olub. Ən böyük müxalifət partiyası "Respublikaçılar" 15,8 faiz, Marin Le Penin partiyası "Milli cəbhə" 14,4 faiz, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 10,6 faiz, sabiq hakim partiya "Sosialist partiya" isə 7,5 faiz səs toplayıb.

 

23:28

 

Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron tərəfindən yaradılmış "İrəli, respublika" hərəkatı Fransada parlament seçkilərinin ilkin nəticələrinə əsasən liderdir.

İlkin nəticələrə görə, Makronun "İrəli, respublika" hərəkatı 26,6 faiz səs toplayıb. Ən böyük müxalifət partiyası "Respublikaçılar" 16,4 faiz, Marin Le Penin partiyası "Milli cəbhə" 14,4 faiz, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 10,2 faiz, sabiq hakim partiya "Sosialist partiya" isə 7,3 faiz səs yığıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu