Modern.az

Fransadakı parlament seçkilərində də Makronun partiyası qalib gəldi

Fransadakı parlament seçkilərində də Makronun partiyası qalib gəldi

12 İyun 2017, 09:22

Fransada keçirilən parlament seçkilərinin birinci turunda hazırki prezdent Emmanuel Makronun rəhbəri olduğu “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin nəticələrinə görə, “İrəli, Respublika” hərəkatı rəqiblərindən daha çox səs toplayıb - - 28,2 faiz.

“Respublikaçılar” Partiyası 15,8 faiz, Marin Le Penin  “Milli Cəbhə”si 13,01 faiz, "Əyilməz Fransa" Partiyası 11 faiz, “Sosialist Partiyası” 7,4 faiz səs toplayıb.


Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, seçicilərin 51,35 faizi səsvermədə iştirak etməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir