Modern.az

Trampın başını qara buludlar alır - Prezident korrupsiyada ittiham olundu

Trampın başını qara buludlar alır - Prezident korrupsiyada ittiham olundu

Dünya

12 İyun 2017, 11:03

Kolumbiya federal dairəsinin və Merilend ştatının prokurorları prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldıracaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə iddiası Trampın antikorrupsiya ilə bağlı Konstitusiya müddəalarını pozması ilə bağlı qaldırılacaq.

 

Kolumbiya dairəsinin prokuroru Karl Rasin və Merilend ştatının prokuroru Brayan Froş Trampın prezident seçildikdən sonra xarici hökumətlərdən milyonlarla dollar yardım aldığını iddia ediblər.

 

Prokurorlar dövlət qurumları adından prezidentə qarşı iddia qaldıracaqlarını və bunun ABŞ tarixində bir ilk olacağını deyiblər.

“Biz iddianı ona görə qaldırırırq ki, prezident öz biznes maraqlarından kənarlaşmaq üçün lazımi addımlar atmayıb”.

 

Hər iki prokurorun Demokratlar Partiyasının nümayəndəs olduğu bildirilir.

 

Əgər federal hakim işi icraata götürsə, ilk olaraq Trampın maliyyə bəyannaməsinin nüsxəsi ondan tələb olunacaq. Ekspertlər məsələnin Ali Məhkəməyə qədər çıxacağını və Trampı təcrübəli vəkillərin qoruyacağını proqnozlaşdırır.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi