Modern.az

Seyid Camal Əzimbəyli: “Azərbaycanda yalançı seyidlərin sayı minləri keçib” - ETİRAZ

Seyid Camal Əzimbəyli: “Azərbaycanda yalançı seyidlərin sayı minləri keçib” - ETİRAZ

12 İyun 2017, 12:15

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Cənub bölgəsindəki qazısı Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyev adlı gəncə “seyidlik vəsiqəsi” verməsi xeyli müzakirələrə yol açıb. Maraqlıdır, seyidlik vəsiqəsinin verilməsi dində mövcuddurmu?

Xalqın inamını qazanmaq üçün “seyidlik vəsiqəsi”nin olması vacibdirmi?

Modern. az saytı mövzunu Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ilə davam etdirib. Seyid Camal Əzimbəyli deyib ki, bu cür halların baş verməsi yalançı seyidlərin çoxalması ilə bağlıdır.

“Təəssüf ki, bu gün seyidlərin sayı  yüzləri, minləri keçməkdədir.  Dini dəyərlərə bağlılığı, aidiyyatı olmayanlar  dəyərlərimizi  istismar edərək, insanların dini duyğularını zəbt etməkdədir. Təəsssüf ki, bu gün Azərbaycanda seyidə “seyidlik vəsiqəsi” də verənlərə rast gəlirik. Dünən iftarda idik. Bizə xidmət edən uşaqdan adını soruşduqda Mirağa olduğunu dedi. Hardan olduğunu soruşanda Yevlaxdan olduğunu bildirdi. Bəlli oldu ki seyid nəsli də deyil. Sən demə, bir ocaqda bu adı uşağa qoyublar. Baxın, görün nə qədər Mir sözü ilə başlayan adlar var. Bu da həqiqi seyidlərin itməsinə gətirib çıxarır.
“Seyidlik vəsiqəsi”nin verilməsi biabrçılıqdan başqa bir şey deyil. Bu hadisə İslam dininə ziddir. İnsanın vəsiqəsi onun əməlidir. Allah yanında ən üstün olan ilahi təqvadır. Təqvası olmadıqdan sonra seyid olması nəyə yarayacaq? Bu, Azərbaycan dini mühitinə qarşı yaraşmayan hal, hərəkət və əməldir”.

Seyid Camal Əzimbəylinin sözlərinə görə, əsrlərdir ki, Azərbaycan xalqı Əhli-beytə, peyğəmbər və onun xalqına sevgi və sayqısını israrla bildirməkdədir.

“Bunun da nəticəsidir ki, Əhli-beyt müəssisəsi həmişə ocaqları hər zaman xalq tərəfindən sevilib, seçilib. İnsanlar seyid ocaqlarına öz sevgi və sayğılarını göstəriblər. Seyidlik peyğəmbərin Əhli-beytinə yetişən müsəlmana verdiyi addır. Azərbaycan ərazisində yaşayan, onlarla Əhli-beyt daşıyıcısı olan seyidlər həmişə xalqın and yerinə çevriliblər. Dəyərlərin qorunmasında, qan davalarının yatırılmasında ağır seyidlərin misilsiz xidmətləri var. İndi bu cür hallarla seyidlik adına ləkə vururlar”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?