26 may 2018, Şənbə
Ana Səhifə - PARLAMENT - “Milli Məclisin xüsusi iclası çağırılmalıdır” - Deputatlardan AXC-nin 100 illiyi ilə bağlı TƏKLİF
“Milli Məclisin xüsusi iclası çağırılmalıdır” - Deputatlardan AXC-nin 100 illiyi ilə bağlı TƏKLİF
12.06.2017, 17:03

Prezident İlham Əliyev  16 may 2017-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi, Nazirlər Kabinetinin AXC-nin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi, həmçinin Milli Məclisinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasının keçirilməsi qeyd edilib.

 

Bəs parlament Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinbin keçirilməsini necə planlaşdırır?

Bununla bağlı deputatların hansı təklifləri var?

 

Modern.az saytı məsələ ilə bağlı bir neçə deputatın fikrini öyrənib.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, prezidentin  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı sərəncamı çox yerində və düzgün atılmış addımdır.

“Sərəncamla Nazirlə Kabinetinə çatdırıldı ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Amma hələ də məmurların bu istiqamətdə aktiv işini mən görmürəm. Açığı mən nikbin deyiləm ki, bu tədbiri arzuladığımız və AXC-nin dəyərinə layiq şəkildə keçirmək yolunu tutaq. Gələn il həmçinin  Ermənistanın və Gürcüstanın da yaranmasının 100 illiyidir. Məndə olan məlumata görə, 2 ildir ki, onlarda bu istiqamətdə çox ciddi işlər gedir. Onlar müstəqilliyə verdikləri dəyər baxımından fərqlənmək istəyirlər. İndi görək, Azərbaycan bu məsələdə onlardan irəli gedəcək və ya geridə qalacaq. Azərbaycan müstəqilliyə daha çox dəyər verdiyini ortaya qoya biləcəkmi? Ümid edirəm ki, bu istiqamətdə müvaffiq strukturlar da yaradılacaq”.

Deputat  hesab edir ki, məmurlar əllərindən gələni etməlidir ki, Azərbaycan xalqının, bu dövləti quranların adına layiq tədbirlər keçirilsin.

“Amma hələ ki konkret addımlar atılmadığına görə, bir şey söyləyə bilmirəm. Gecikməyimiz, bu məsələyə məmurlar tərəfindən  laqeydlik görüntüsü yaradır. Ona görə də bu istiqamətdə bir az narahatçılığım var”.

F.Mustafa deyib ki, Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hansısa tədbilərin keçirəcəyi barədə onda məlumat yoxdur.

“Yəqin ki, müzakirə olunan zaman biz öz fikirlərimizi və təkliflərimizi orada səsləndirəcəyik”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı çox böyük əhəmiyyət kəsb edir.


“ Milli Məclis də bununla əlaqədar müəyyən tədbirlər keçirəcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisdə xüsusi dinləmələr olacaq. Bu dinləmələrdə AXC-nin yaranma tarixi, görkəmli şəxsləri və onların görüdüyü işlər əksini tapmalıdır. AXC-nin 100 illiyinin keçirilməsi tarixi hadisədir. Mən hesab edirəm ki, cənab prezident çox doğru və düzgün qərar verib. Həmçinin, bütün partiyalar tərəfindən də 100 illiklə bağlı hazırlıq görülməlidir. Çünki bu bizim müstəqilliyimzlə əlaqədar məsələdir. Eyni zamanda,  siyasi təşkilatlar, QHT-lər də buna biganə qalmamalıdır. AXC-nin 100 illik yubleyi ilə bağlı tədbirlər keçirməlidirlər”.

Deputat deyib ki, 1991-ci ilə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası AXC-nin həm mənəvi, həm də siyasi varisidir.

“Çünki üçrəngli bayrağımız, gerbimiz, himnimiz AXC-nin dövründə qəbul edilib. Bu dövlət atributlarının üzərində heç bir dəyişiklik edilməyib”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamını yüksək qiymətləndirir.

“Bu sərəncamın çox böyük əhəmiyyəti var. Çünki bəzi qüvvələr var ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əhəmiyyətini həm ölkə daxilində, həm də ölkə xaricində azaltmaq istəyir. Sərəncamda da göstərilib ki, AXC-nin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. Mən düşünürəm ki, AXC qurucularının Türkiyədə, Gürcüstanda, Fransada və s ölkələrdə dəfn olunan şəxslərinin sümüklərinin ölkəyə gətirilməsi və movzaleyinin yaradılması çox böyük hadisə olardı. Bununla bir memorial kompleksi də hazırlamaq olardı. Bakı şəhərində belə bir abidə kompleksinin olması Azərbaycanın tarixi əhəmiyyətini bir daha dünyaya nümayiş etdirərdi.  Eyni zamanda, bununla yanaşı, AXC-nin müstəqil elan olunduğu Tiflis şəhərindəki binaya lövhə vurulması və  müvəqqəti paytaxt Gəncədəki binada da müəyyən yenidənqurma işlərinin aparılması çox faydalı olardı”.

Deputatın fikrincə, AXC parlamentli respublika olduğuna görə, parlamentdə böyük bir tədbirin keçirilməsi zərurəti yaranır.

“Belə bir tədbir mən hesab edirəm ki, çox təntənəli şəkildə keçirilməlidir. Eyni zamanda, parlament ənənələrinin davam etdirilməsi də çox önəmlidir. Hazırda isə ölkəmiz prezident üsul-idarəsi olan respublikadır. Amma buna baxmayaraq, ölkə başçısı parlamentə çox böyük qayğı göstərir. Həmçinin, ölkə başçısının AXC-yə olan sevgisi onun nitqində və bu sənədi imzalanmasında özünü göstərir. Mən hesab edirəm ki, AXC-nin 100 illiyi ilə bağlı tədbir parlamentdə keçirilsə, bunun üçün işçi qrupu yaradılmalıdır. Bu işçi qrupu parlamentin xüsusi iclasının keçirilməsi və mühüm qərarların qəbul edilməsi üçün iş aparmalıdır. Bu işlərin həyata keçirilməsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin də çox böyük rolu ola bilər”.

 

 

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”
26.05.2018, 09:21

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)