Modern.az

Rusiyadakı etiraz aksiyalarında 650 nəfər saxlanıldı

Rusiyadakı etiraz aksiyalarında 650 nəfər saxlanıldı

12 İyun 2017, 20:16

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb. Modern.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb. Məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir