22 oktyabr 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Qida zəhərlənməsindən necə qorunmalı? - FAYDALI MƏSLƏHƏT
Qida zəhərlənməsindən necə qorunmalı? - FAYDALI MƏSLƏHƏT
12.06.2017, 23:16

Ən adi qaydalara riayət etməklə hər bir kəs özünü və ailəsini qida zəhərlənməsindən çox asanlıqla qoruya bilər. Hamı üçün mümkün olan çox sadə şərtlərlə, xüsusilə zəhərlənmə hallarının daha çox təsadüf edildiyi yay fəslində bu xoşagəlməz haldan uzaq olmaq mümkündür.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Əvvəlcə zəhərlənmə zamanı hansı əlamətlərin üzə çıxdığına nəzər yetirək:

  1. Ürəkbulanma
  2. Qusma halları
  3. Mədədə ağrılar
  4. Halsızlıq
  5. Qızdırma
  6. Qarın boşluğunda ağırlığın hiss olunması
  7. İshal və s.

Belə əlamətlər meydana çıxarsa, xüsusilə uşaqlarda hiss olunarsa ilk növbədə həkimə müraciət etmək vacibdir. Zəhərlənmə zamanı özünümüalicə metodlarından, həkim təyinatı olmadan dərman pereparatlarından istifadə qəti şəkildə yolverilməzdir. Bu cür münasibət daha ağır fəsadlara səbəb ola bilər. Adətən, zəhərlənmə zamanı marqanslı sudan istifadə etmək, barmağı boğaza yeridib məcburi qusmaq, evdəki dərman qabından hər hansı bir antibiotiki tapıb qəbul etmək bir çox ailələrimizdə zəhərlənən kəsə “xüsusi xidmət” kimi qiymətləndirilir. Bu olduqca yanlışdır və zəhərlənən insanı ölümə sürükləmək deməkdir. Əgər zəhərlənən insanı xilas etmək istəyirsinizsə təcili yardıma zəng vurmaq kifayətdir.

Ən yaxşısı isə zəhərlənməmək üçün əvvəlcədən ən adi qaydalara riayət etməkdir.

  1. İlk növbədə, istər yay mövsümündə, istərsə də digər fəsillərdə şəxsi gigiyenaya xüsusi diqqət yetirilməlidir.

  2. Meyvə və tərəvəzlər istifadədən əvvəl yaxşı yuyulmalıdır. Təəssüf ki, dəniz kənarına, təbiətin bir gözoxşayan yerinə istirahətə gedərkən yolüstü aldığımız meyvələri yumağı çox vaxt unuduruq və çox laqeydcəsinə belə bir cümlə də işlədirik: Bir dəfə ilə heç nə olmaz. Amma təcrübə və şahidi olduqlarınız diktə edir ki, hadisə bir dəfə olur.

  3. Ümumiyyətlə, yol kənarından, küçə ticarəti obyektlərindən ərzaq məhsulları almaqdan imtina edin. Bir çox hallarda bu cür yerlərdə qida məhsullarının saxlanılması qaydalarına riayət olunmur. Xüsusilə, ət və ət məhsulları, açıq şəkildə satılan ərzaqlar sağlamlıq üçün olduqca təhlükəlidir.

  4. İstənilən mağazada, marketdə alış-veriş edərkən aldığınız ərzaqların yararlılıq müddətinə diqqət yetirin. Sizə şübhəli görünəcək hər hansı bir məhsul haqqında satış obyektinin nümayəndəsinin məlumat verməsi onun istehlakçı qarşısında borcudur.

  5. Yay fəslində daha çox istifadə olunan qablaşdırılmış sular alarkən əvvəlcə istehsalçını və mənşəyi öyrənin. Bu sizdən bir neçə dəqiqə vaxt aparsa da siz bununla sağlamlığınızı sığortalamış olursunuz.

  6. Zəhərlənmənin səbəblərindən biri də qidaları bir-birinə qarışdırmaqdır. Buna görə də qida rasionunuza xüsusi diqqət yetirin. Və çalışın ki, xörəkləri, salatları o qədər hazırlayasınız ki, sabaha saxlamayasınız.

  7. Keyfiyyətinə zərrəcik qədər şübhə etdiyiniz ərzaqlardan imtina edin. Qoxu, kif, şürümə olan məhsullardan istifadə etməyin.

Bir məsələni də diqqətinizdən yayındırmayın. Yəqin ki, axşamüstü işdən evə qayıdarkən yolüstü özünü “ağıllı” sayan alverçilərin bu cür çağırışlarını eşitmisiniz: Axşam bazarıdı, gəlin meyvələrdən yarı qiymətə aparın. Əslində söhbət axşam bazarından getmir. İnsanların sağlamlığı ilə oynayan bu cür “ağıllılar” məhsullarının yararsız hala düşdüyünü görüb onları bir az ucuz qiymətə kiməsə sırımaq istəyirlər. Bir çox hallarda da həmin meyvələri paketlərə yığırlar. Təbii ki, hər adamda da o qədər hövsələ olmur ki, paketi açıb alacağı meyvəni diqqətlə nəzərdən keşirsin və düşünür ki, qiymət münasibdir. Beləliklə də keyfiyyətsiz və zəhərlənmə təhlükəsi yaradan məhsullar evlərimizə yol açır. Buna görə də 1 manata 1 kilo keyfiyyətsiz və yarasız meyvə almaqdansa, elə həmin 1 manata yarım kilo təzə, keyfiyyətli meyvə almaq daha məqbuldur. Necə deyərlər, az olsun, yaxşı olsun...

Göründüyü kimi zəhərlənmədən qorunmaq çox da çətin deyil, sadəcə bir az diqqət və məsuliyyət tələb olunur. Çalışın diqqətli olun ki, yay mövsümünün istirahət keyfindən yetərincə zövq ala biləsiniz.


İlham Cəmiloğlu      

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub
21.10.2017, 20:02

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Ərdoğan yenə ABŞ-ı hədəf aldı
21.10.2017, 19:51

Ərdoğan yenə ABŞ-ı hədəf aldı

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:54

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Polis intihar etmək istəyən qızı xilas etdi   
21.10.2017, 17:49

Polis intihar etmək istəyən qızı xilas etdi  

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)