Modern.az

Daha bir məhkəmə Trampa qarşı qərar verdi

Daha bir məhkəmə Trampa qarşı qərar verdi

Dünya

13 İyun 2017, 00:43

ABŞ-da sayca 2-ci apellyasiya məhkəməsi Donald Тrampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini dayandıran miqrasiya fərmanının təsirini dayandırıb. Modern.az  xəbər verir ki, "New York Times" nəşrinin məlumatına görə, qərar San-Fransiskonun 9-cu dairənin məhkəməsi tərəfindən qəbul edilib. Daha əvvəl analoji qərar Virciniya ştatının Riçmond şəhərinin 4-cü apellyasiya məhkəməsi tərəfindən qəbul edilib.

 

ABŞ prezidentinin Administrasiyası məhkəmələrin bu qərarlarından Ali Məhkəməyə şikayət vermək niyyətində olduğunu bildirib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar