14 dekabr 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Ergenekon
Ergenekon
13.06.2017, 10:44

Darhan Kıdıralı,
Beynəlxalq Türk Akademiyasının prezidenti,
tarix elmləri doktoru, professor,
Qazaxıstan EA-nın müxbir üzvü


Keçmişimiz - bu günümüzün milli sərvəti, tarix isə  insanın alın yazısı,taleyidir. Tarixini unutmayanların , onu hər zaman həyatının bir hissəsi sayanların yolun  hər zaman işığa çıxdı. Tarixini, kökünü sevənlərin, ona sadiq qalanların da dəyərini elə tarix özü verior. Onu da unutmaq olmaz ki, tarixin özü , elə ən gözəl müəllimdir. Elə bu tarixdən dərs alanlar  həm də tarixi düzgün yönəldə bilənlərdir.  Fransız tarixçisi Fernan Brodel yazırdı ki, tarixi yazan şəxsiyyətləri  tarix özü  yetişdirir.


Xalqı və millətini ətrafında birləşdirməyi bacaran gəncavər babalarımız da  bu xüsusiyyətlərinə görə dövlət qurmağı, arixdə qalmağı bacardılar. Tanrıdan güc və Göy Səmadan qüvvət alan xaqanlarımız dünyanın dörd bir tərəfinə hakim oldular. Onlar yeni müqəddəs məkan axtarışı ilə  öz  ellərini, törələrini, xalqlarını böyük idealallarına- arzularına  yetişdirdilər. O kökdən gələn insanlar həmin məkanı ayrı-ayrı zamanlarda gah Ötükən, Ergenekon, Yerioyuq, Jiddəlibaysın, Qızıl alma adlandırdılar, “Daulet abad muddət” - deyə ürəklərinə, dillərinə yatan adlarla bəzədilər. Bu günümüzə qədər gəlib çıxan Ergenekon dastanlarından o babaların haradan var olduğunu öyrəndik.

 
Əsirlərin o biri üzündən bizə qədər gəlib çıxan əfsanələrdə yazılır ki, Oğuz xaqanın hücumuna məruz qalan El xanın tayfasından sağ qalan  iki nəfər  Neğuz və Kiyan  gizlin bir yolla dağlara çəkilirlər. Sıldırım  qayalar və  dağlarla əhatələnmiş  düzəngaha  düşür, illər keçəndən sonra buradan başqa çıxacaq yol tapmırlar. Həmin yerin adı Ergenekon idi. Ergenekon deyilən həmin ərazinin türk dilində və etimologiyasında  “Kon” “dağ döşü, keçid” deməkdir, “ergene” “dik yer” deməkdir. Üzük qaşı misallı bu dağların qoynundan yol tapıb çıxa bilməyən həmin gənclər elə bu dağ döşündə də çoxalmağa, artmağa başlayırlar. Tanrının onlara göndərdiyi heyvanları əhilləşdiriərək  böyük bir dövlət, abad bir yurd qururlar.Çoxalıqlar.   

Çoxaldıqca da obalara, oymağlara ayrılırlar. Bü minvalla, həm də bir-birinə yaxın qohum, əqraba olurdular. Günlərin bir günü baxdılar ki, yer daralıb. Artıq bərkiyib, güclənmişdilər. Sayları 400 mini keçmişdi. Elin içərisindəki böyüklər bir araya gəlib çıxış yolu axtarmağın vaxtının çatdığını söylədilər.Onlar  bir vaxtlar babalarını bu yerə gətirən yolu unutmuşdular. Belə olanda tayfanın böyüyü  Börte-çine  xalqı ətrafına toplayıb dedi: “ Elimin cəngavərləri, qeyrətli oğulları məni yaxşı eşidin.  Bizim nəslimiz  boz qurddan törəyərək Ergeneokanda doğulub çoxaldıq. Bu yurd bizə  güc verdi, qüvvət verdi. Lakin biz atalarımızın da yurdunu unutmamalıyıq. Bizə məxsus olan torpaqlarımıza, yurdumuza dönməliyik”.


Belə də rəvayət edirlər ki, Ergenekonda yaşayan dəmirçi dağ döşünün o biri üzündəki keçiddəki dəmir mədənində bir yol olduğunu da bildirdi. Dedi ki, dağın arasından bir qurdun o biri üzə keçdiyini , aradan bir müddət keçmiş Boz qurdun—Börte Çinenin  geri qayıtdıgını görüb. Bundan sonra el-oba bir araya gəlib,  meşədən odun gətirdilər , kömür hazırladılar, kömürü kürəmək üçün 70 baş at və öküzü kəsib dərisindən  körük düzəltdilər.Dəmirçilər ocaq qaladılar.Körüklər üfləndikcə dəmirlər əriməyə başladı. Meşələrdən qırıb gətirdikləri ağacları  yandırıb,dəmirləri isti ocaqda əritdikcə yolun ağzı açılırdı. Beləcə xalq boz qurdun izini tutub,  dağların qoynundan xilas olub üzü Vətənə sarı, yurda sarı getdilər. Düşmən üzərində qələbə çalıb, yurdlarını xilas etdilər. O gündən bu günə qədər  Ergenekonu tərk edəndən o ellərdən, o insanlardan artıb törəyənlər  mart ayında həmin günü bayram edirlər”.  Bu rəvayət dolu  dastanı  1913-cü ildə türk alimi Ziya Göyalp qələmə almışdı. Və dastanda belə bir bənd var:


Börteçine qurdun adı, 
Ergenekon yurdun adı, 
Dört yüz sene durdun, hadi, 
Çıx, ey yüz min mizrağımız! 


Türk milliyyətçiliyinin atası, şair, yazıçı  Ziya Göyalp Aşina boylarından gələn Göytürklərin əvvəlcə hunlara məğlub olduğunu, sonra isə öz tarixi yurdlarına döndüyünü  də həmin dastanda qeyd edir. Tanınmış  türk alimləri Fuat Köprülü, Zəki Validi Toğan, Bahəddin Ögel və Dursun Yıldırım da  Ergenekon haqqında dastan və rəvayətlərə, həqiqətlərə buganə qalmayıb,  bu izin axtarışı ilə bağlı araşdırmalar aparıb, əsərlər ərsəyə gətiriblər.

     
Onu da qeyd etmək lazımdır ki, yuxarıda adlarını çəkdiyim məşhur alimlərin təhqiatlar apararkən  XIII əsrdə  İlhanilər  (Elxanilər) hökmüdarı olmuş  Qazan xanın  yanında yaşayan tarixçi  Rəşid əd Din Həmədani  və Əbilqazı Bahadur xanın əsərlərindən yararlanıblar. Rəşid əd Din Həmədani “Câmi’ü-t Təvarih” əsərində Ergenekondan bəhs edərkən, Göy türklərin adını Mogol kimi yazıb.

     
“Ergenekon” dasatanı haqqında  XVII yüzildə isə  Xivə xanının sarayında yaşayıb-yaradan   Əbilqzi Bahadur Xanın “Şəcərəyi- türk” əsərində  rast gəlinir.. O hətta öz əsərini  Rəşi əd Din Həmədaninin “Câmi’ü-t Təvarih” əsərindən ilhamlanaraq yazdığını bəyan eyd edir.  İl han xanın  hakimiyyəti dövründə qələmə alınan  Rəşid Əd Din Həmədaninin “Câmi’ü-t Tevarih” əsərində  moğol elinin yaranması haqqında bəhs edərkən yazır: “Çinqiz xanın 22-ci babası Börte Çine də Ergenekondan çıxıb”.   Bu həqiqətə,  tarixi faktlara XV-XVI əsrlərdə,  Şeybanilərin hakimiyyəti zamanı qələmə alınmış “Şəcərət ül -Etrak”, “ Təvarix i  quzidə Nüsrətnamə” və  “Adullanamə” kimi  bu günümüzə qədər gəlib çıxan tarixi mənbələrdə  Ergenekon dastanı haqqında xatırlamalar vardır. Ona görə də bir çox türkoloq tədqiqatçılar və araşdırmaçılar  bəzən bu dastanı  türk- monqol xalqlaraının ümumi dastanı kimi qəbul edirlər.  Bu faktlara söykənərək onu demək olar ki, türk xalqının tarixi mənbələrində, ədəbiyyatlarında rast gəlinən  “qurd”,“börü” və “Börte Çine” sözləri  eyni  mənnı verir. Məsələn digər bur mənbədə belə bir tarixi fakt var: Çingiz Xanın mənsub olduğu Borjigin(Börütegin) boyunun nişanəsi olan Börte-cine ilə Maralın Aşina tayfasının nişanəsi Boz qurd (göy börü- canavar) ilə dağ keçisinə bənzəməsi də təsadüfi deyil.

Bu mülahizələrdən belə nətixcəyə gəlmək olur ki,  Ergenekondailk  məskən salan insanlar El xanın nəsil şəcərəsindəndir. El Xanın  şəcərəsinin kökü isə Oğuz xandan gəlir. Məlumdur ki, Oğuz xanı da  qədim türk tayfaları və xalqları özlərinin ulu babaları sayırlar.      

Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, Altaylarda yaşayan tayfaların hamısının qədim və ümumi  tarixi kökləri və bir-birlərinə sıx bağlılıqları vardır. Bu oxşarlığın yaranmasında  eyni coğrafi mühit, oxşar həyat və yaşayış tərzi, məişət və eyni anlayış,  hadisələr və qəhrəmanlar barəsindəki eyni motivli əfsanə və rəvayətlər, dastanlar , insanların səcdə etdikləri, inandıqları eyni müqəddəs məkanlar, ümumi dəyərlər və bir çox oxşar elementlərin osübutu belə düşünməyə əsas verir. Ergenekon dastanının motivləri isə Göy türklərin həyatında hələ Rəşid əd Dinin  yaşadığı XIII əsrdən əvvəl də  də mövcud idi. Məsələn, VII-IX əsrlərə  aid olan “Çjoy-şu”, “Bey-şi”, “Tan-şu”  monqol yazılı abidələri və dastanlarında,IX əsr Tibet yazılı mənbələrində də Göy türklərin  Ergenekon dastanları barədə rəvayətlər və əfsanələr yer alıb. Və təbii ki, Kul tegin, Bilgə xaqan və Tonyukükün daş  yazılarında da  Aşinanın qəbiləsinin dağlardan enib gəlməsi  barədə məlumatlar yer alıb: “...Ddağlarda  yaşayan insanlar şəhərə daşınmağa başladılar.... onlar əvvəlcə 70 idilər, sonra çoxalıb 700 oldular”.   Dərindən araşdıranda böyük ensklopediyaçı alim Əbü Reyhan Büruninin əsərlərində də ilk türk dövlətini, türk ordusunu yaradanların dağdan endikləri barədə məlumatlar yazıldığını görmək olur.

Əfsanəvi məkan olan  Ergenekonun  bərqərar olduğu  və onun etimologiyası haqqında  çox yazılıb. Ayrı-ayrı araşdırmaçılar “dağ döşü” haqqındakı ilk yazıların kökünü bəzən  monqol dilinə aid edirlər. Lakin hər kəsə  məlumdur ki, “Ergenekon” sözünün  müxtəlif variantlarına təkcə monqol dilində yazılan mənbələrdə  deyil, eyni zamanda  ilkin türk yazılı mənbələrində də rast gəlinir.  Onu qeyd etmək lazımdır ki, qazax və rus dillərində  “ergenek/ ergənək” sözləri  adətən “darvaza,  alaçığın qapısı” kimi anlaşılır.

Qazax yazıçısı Koyşıqara Salqaruli “Ulu Xaqanlıq” kitabında Ergenekon haqqında olan yazılı mənbələrin müqayisəsini apararkən belə nəticəyə gəlir: “Abulqazi “Ergenekon”u belə izah edir: “ergene- daş döşüdür, kon- “iti, şiş,sıldırım” deməkdir.”.

Həqiqətən də Eergenekon” əfsanəsində deyildiyi kimi həmin ərazilər həqiqətən də dörd tərəfdən dağ sıldırımları ilə əhatələnmiş  düzənlikdir. Əslində də bu söz belə yazılmalı və səslənməlidir : “Ergenek- kon”. Göründüyü kimi, ifadədə iki  “k” səsi vardır. Sadəcə olaraq o tələffüzdə dəyişilərək, “ergene-kon kimi” işlədilir. “Ergenek” həm də çəpinə kəsilmiş qapı mənasını verir.  Bütün bunların isə bir anlamı var, “Eergenek-kon”  dörd tərəfdən  hasarlanmış -- “Ergenek  məkanıdır”.

Tarixdən də bilirik ki, bizə qədər gəlib çıxan əfsanəlrdə qeyd olunduğu kimi, bu yerlər yüksək dağ sıldırımları əhatə olunmuş geniş bir düzənlikdən  ibarət olub, suyu dumduru, otlaqları yamyaşıl və təravətli, gözəl çəmənlikləri olub.  Bir başqa mənbələrdə isə “ergüne kün”, “kün” ifadələri yüksəklikdə yerləşən  mağara, və yaxud da “erqüne”- dik dağ mağarası” kimi ifadə edilir. Bizim ehtimalımıza görə, “ergenekon”  ifadəsi iki sözdən ibarətdir: “ergenek” və “kon”, bu sözlər isə özlüyündə  hər tərəfdən  qayalar və dağlarla əhatə olunmuş bir ərazi deməkdir.       

Zaman-zaman  Ergenekon axtarışında olan araşdırmaçılar bu sirli iqamətgahın  barəsində  çox fikirlər irəli sürüblər. Onlardan bir qismi həmin yerin Monqolustan ərazisində yerləşdiyini iddia edirdi. Məsələn, İ.Şmidt belə hesab edirdi ki,  bu Çinin Çinqxaçya vilayətində ki  Qun-erqi və Kuku rayonudur. H.Millerə və N.Biçurinə görə isə  Ergenekonu Altayda axtarmaq lazımdır. O.M.Kovalevski və P.Qafarov Ergenekonun Arqun çayının yanında Arqun dərəsində yerləşdiyini iddia edirdilər.  D.Banzarov isə belə hesab edirdi  ki, Ergenekon Çində , İşəri Monqolustan deyilən  məşhur kurqanların yanındadır.   Monqol tarixçisi X.Perlee isə Ergenekonu Böyük Xinqan dağlarının ətəyindəki Xaylar çayı sahilində axtarmağı məsləhət görürdü. Rusiyalı türkoloq L.R.Kızlasov isə  Ergenekon Arqun çayının ətəyində yerləşdiyini təsdiq edirdi. Digər bir rus tarixçisi E.İ.Kıçanov da bu iqamətgahın Böyük Xinqan dağlarında və Arqun çayının sahilində yerləşdiyini yazırdı. Rəşid əd Dinin əsərlərinə istinad edən monqol alimi L.Bileqt isə  Onon, Kerulen,Burxan-xaldun,Dalan-Baljud  kimi  toponimlərə  bu əsərlərdə rast gəldiyini qeyd edirdi.  Və elə buna görə də Ergenekonu Monqolustanın şimal sərhədlərində olan  Arqun ərazisində axtarılmasını məqsədəuyğun olduğunu yazırdı.

Əslində  etimoloji strukturuna görə bir- birinə çox bənzər olan “Ergenekon” və “Arqun”  sözləri  Rəşid əd Dinin “Ergenekon əfsanəsi” dastanında  başqa məna daşıdığından, təhqiqatçılar çox zaman bu sözlərin müqayisə edərkən həmin versiya öz təsdiqini tapmırdı. İkincisi isə, heç bir yazılı mənbədə monqollar  Arqun dağlarını  Müqəddəs yer kimi göstərmirlər.Bunun əksinə olaraq, bütün yazılı mənbələrdə Altay dağlarını təkcə türklər deyil, eyni zamanda  digər köçəri tayfalar və xalqlar da  “Müqəddəs məkan” kimi göstərirlər.  Həmin mənbələrdə o da qeyd edilir ki, “...Göy türklər  hər il eyni vaxtda Altay dağlarına  babalarının mağarasında yığışaraq, dini mərasimlərini qeyd edərmişlər”.

Bir çox tədqiqatçılar Aşina tayfasının öz soyunun kökünü  Altay dağlarının cənub qərbindəki “Müqəddəs məkan”dan götürdüyünü deyirləır.  Lakin o da məlumdur ki,  coğrafi yerləşməsinə görə  dağ silsilələrindən  ibarət olan Altay dağlarının cənub-şərqində   qeyri  dağ yamaclarından fərqli olaraq,  düzəngah sahəsi çox azdır, buradakı torpaqlar isə məhsuldar deyillər. Altay dağlarının coğrafi yerləşməsinə uyğun olaraq, bu hissəsində  əfsanədə göstərilən  dik qayalar və dağlarla əhatələnmiş düzəngahlar olan bir ərazi yoxdur.  Buna görə də belə hesab etmək olar ki,  Çin dastanlarında , eləcə də , Rəşid əd Din və Əbilqazi Buxarinin kitablarında qeyd edilən Göy türklərin əcdadlarınin yaşadıqları Ergenekon    çənubi şərqi Altay düzəngahlarında mövcud olmayıbdır.

Baxmayaraq ki, qədim Çin mənbələrinin birində Aşina tayfasının tarixi haqqında yazılan əfsanələrdə onların Şimali  Qaoçan dağına (Turfan) çıxdıqlarına işarə olunur. Digər Çin əfsanəsinə görə isə  Ergenekonu Altay dağlarının digər hissəsində axtarmaq lazımdır. Həmin  mənbələrdə qeyd olunur ki,  düşmən hücumundan qurtulmaq istəyən iki uşaq qaçıb dağların arasındakı dağ döşündə gizlənirlər və zaman keçəndən sonra həmin uşaqlar böyüyüb dövlət qururlar. Həmin dövlət Turfandan Abakana, Yeniseyə və Qərbi Sayan dağlarına qədər uzanır. Çin  əfsanə və rəvayətində dəqiq məkan  göstərilməsə də, əfsanədə xatırlananlara  görə belə hesab etmək olar ki, həmin ərazilər Altayın şimal hissəsinə düşür. O dastanlarda Ergenekona çəkilən qardaşların soyuq yerlərdə yaşadıqları, odun yığıb ocaq qaladıqları haqqında da deyimlər  var.Belə rəvayət olunur ki, ətrafda yaşayan tayfalar da , elə ilk dəfə ocaq qalayanları özlərinə başçı seçirlər.

Beynəlxalq Türk Akademiyası 2014-2015-ci illərdə xüsusi layihə çərçivəsində Ergenekonun axtarışına çıxdı. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanın Berel rayonu ərazisinə düşən Altay dağlarının dəniz səviyyəsindən  3 min metr hündürlüyündə  II-VII əsrlərə aid yaşayış məskəni aşkarlandı. Eyni zamanda Altayın şimal qərbində Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonu ərazisində  də arxeoloji qazıpntılar aparıldı. Son arxeoloji  nəticələri nümayiş etdirmək üçün  TWESCO tərəfindən hazırlanmış ekspedisiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarstan, Özbəkistan və Monqolustandan  mütəxəssislər və jurnalistlər dəvət edildi. Həmin nümayəndə heyətinin tərkibində olan türk tarixini tədqiq edən və araşdıran alimlər  belə bir nəticəyə gəldilər ki, yeni tapılmış ərazinin Ergenekon olması ehtimalı çox böyükdür.

Həqiqətən də  “Ergenekon əfsanələri”ndə yazılan kimi Ergenekon olduğunu ehtimal etdiyimiz həmin yer dörd tərəfdən dağ sıldırımları ilə əhatə olunub, burada həm sıx meşəlik , həm də su il bol olan yamaclar vardır. Buradakı təbiət təsəvvürə gəlməyəcək dərəcədə  heyarnedicidir. İkincisi isə,  dağların arasındakı bu dilbər guşə həm də  dəmirlə zəngin bir yerdir. Üçüncüsü isə, arxeoloji qazıntılar nəticəsində o da məlum oldu ki, bu ərazilər Hun dövründən Göy türklər dövrünün əvvəlinə qədər uzun bir zaman kəsiyində qədim yaşayış məskəni olub.

Dünyanın və tarixin bir həqiqəti var ki, insan kim olursa olsun, harada yaşamasından asılı olmayaraq həmişə  özünün itirilmiş müqəddəs məkanının, məskəninin axtarışında olur. Ona görə də “Müqəddəs torpaq” – “Jeruyık” anlayışı bütün xalqların yaratdıqları əfsanələrdə, nağıllarda, rəvayətlərdə , atalardan qalan kitablarda öz yerini tapıb. Həmin əfsanələr, nağıllar babalrımızdan bizə qalan mirasdır. Mübahisə olunmayan bir həqiqət də odur ki,  təkcə türklər deyil, döyüşməyi bacaran digər köçəri xalqlar da Altayı hər zaman müqəddəs hesab ediblər. Bəlkə elə buna görə də qazax xalqının vüqarı sayılan şair Maqjan Cumabayev  Altayı  türklərin qızıl meyarı , ulularımızdan bizə miras qalan qızıl taxtı-tac hesab edirdi.  O da öz əsərlərində  uzaq –yaxın ellərdə yaşayan qardaşlarımızı Altaya dönməyə çağırırdı.


Qazax və rus dilindən tərcümə etdi Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səhv ardınca səhv - Donald Tramp ABŞ-ın Qorbaçovu ROLUNDA
14.12.2017, 14:03

Səhv ardınca səhv - Donald Tramp ABŞ-ın Qorbaçovu ROLUNDA

ABŞ-dan neftin qiymətinə dair PROQNOZ
14.12.2017, 13:55

ABŞ-dan neftin qiymətinə dair PROQNOZ

Qripdən ildə 646 minədək adam ölür
14.12.2017, 13:52

Qripdən ildə 646 minədək adam ölür

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"
14.12.2017, 13:51

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb
14.12.2017, 13:47

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  
14.12.2017, 13:41

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu
14.12.2017, 13:36

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB   
14.12.2017, 13:32

İlham Əliyev: Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB  

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı   
14.12.2017, 13:05

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı  

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 
14.12.2017, 13:03

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 

14.12.2017, 13:02

"Əli və Nino" Zaqrebdə təqdim olundu

Saakaşvili Ukraynada qalmaq niyyətindədir
14.12.2017, 13:01

Saakaşvili Ukraynada qalmaq niyyətindədir

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  
14.12.2017, 13:00

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub
14.12.2017, 12:53

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
14.12.2017, 12:48

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat
14.12.2017, 12:47

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat

Sabahın hava PROQNOZU
14.12.2017, 12:47

Sabahın hava PROQNOZU

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb
14.12.2017, 12:44

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur
14.12.2017, 12:36

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
14.12.2017, 12:31

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ   
14.12.2017, 12:27

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ  

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı
14.12.2017, 12:21

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  
14.12.2017, 12:17

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  

Müsavat başqanının müavini istefa verib
14.12.2017, 12:08

Müsavat başqanının müavini istefa verib

Azərbaycan hərbçisi şəhid oldu   
14.12.2017, 12:05

Azərbaycan hərbçisi şəhid oldu  

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi
14.12.2017, 11:53

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Azərbaycanda 950 qramlıq uşaq doğuldu
14.12.2017, 11:52

Azərbaycanda 950 qramlıq uşaq doğuldu

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ   
14.12.2017, 11:43

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ  

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  
14.12.2017, 11:38

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  

Dünya əhalisinin yarısı tibbi xidmət görmür
14.12.2017, 11:36

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Yol polisi qəza törətdi
14.12.2017, 11:30

Yol polisi qəza törətdi

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
14.12.2017, 11:24

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Uçuş aparatları vergidən azad olunur
14.12.2017, 11:15

Uçuş aparatları vergidən azad olunur

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq
14.12.2017, 11:00

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq
14.12.2017, 10:57

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.05%)
Araz Ağalarov (18.2%)
Mübariz Mənsimov (22.4%)
Fərhad Əhmədov(18.9%)
Füzuli Məmmədov(37.5%)
Telman İsmayılov (0.17%)
İsgəndər Xəlilov(0.11%)
Vaqif Məmişov(0%)
Heç biri(1.67%)
Digərləri(0.71%)