Modern.az

Rusiyalı hakerlərin yeni gizli silahı ABŞ-da narahatlıq doğurdu

Rusiyalı hakerlərin yeni gizli silahı ABŞ-da narahatlıq doğurdu

13 İyun 2017, 12:46

“Dragos” kibertəhlükəsizliyin tədqiqatı mərkəzi rusiyalı hakerlərin yeni təhlükəli kiberhücum silahına malik olduqlarını bildirib.

 

Modern.az “Wasington Post”a istinadən xəbər verir ki, “Dragos” yeni silahın hesabına hakerlərin elektrik şəbəkəsinin işini poza biləcəklərini müəyyən edib.

 

Ekspertlərin “CrashOverride” adı verdikləri yeni silah hələki yalnız bir dəfə, ötən ilin dekabrında Ukraynanın energetika sisteminin işinin pozulması üçün istifadə olunmuşdu. Qəzetin iddasına görə, həmin hadisə zamanı Ukraynanın istehsal etdiyi elektrik enerjisinin 20%-nin paylanma mexanizmi hakerlərin əlinə keçmişdi.

 

“Bu onillər boyu aparılan hücum ssenariləri və nəzəriyyələrinin kulminasiya nöqtəsidir”- deyə “Dragos” mərkəzinin direktoru Sercio Kaltaricone deyib.

 

Ekspertlərin fikrincə, rusların bu gizli silahdan ABŞ energetika sisteminə qarşı da istifadə etməsi ehtimalı yüksəskdir.

 

Rusiyalı hakerlər Fransanın yeni prezidenti Emmanuel Makron, ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton və s. tanınmış Qərb siyasətçilərinin tənqidinə məruz qalıb. Onlar Kremlin hakerlərdən istifadə edərək seçki prosesinə müdaxilə etdikləri fikrindədirlər.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir