25 aprel 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Sülh istəyən müharibə uşaqları: Tərtərdə bir gün
Sülh istəyən müharibə uşaqları: Tərtərdə bir gün +
13.06.2017, 15:07

Səfərdən öncə...

Hər şey Facebookdakı bir paylaşımdan başladı. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsdiqlənən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 1 iyun Beynəlxalq Uşaqlar günündə Tərtərə - cəbhə xəttinə yaxın kəndlərdə yaşayan uşaqlara baş çəkmək və onların bayramını təbrik etmək təşəbbüsü ilə bağlı paylaşımdan. Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya və Şıxarx kəndlərinin, məhz bu kəndlərin uşaqları BAMF-ın beynəlxalq auditoriya üçün çəkdiyi və BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanlarıdırlar. Əslində 1 iyun gününü  oğlumla keçirəcəkdim. Amma mənim də adımın bu paylaşıma “qoşulması” planımı dəyişdirdi. Oğlum böyüyəndə o məni anlayacaq və haqq qazandıracaq, bilirəm. Çünki elə həmin axşam onun oyuncaqlarına işarə edib “Sən uşaqlara hansı hədiyyəni göndərmək istəyərsən?” sualına qara yumru gözlərini üzümə zilləyib “Niyə ki? “ sualını verəndə də, onunla birlikdə BAMF-ın Cenevrədə nümayiş etdirdiyi o qısa filmə baxanda da, ordakı qızın “Mən sülh yaradardım, sülh olsun” sözlərinə qulaq asaraq qaşlarını çatanda da mən onun dodaqlarını bir-birinə kip bağlamasından anasını uşaqların yanına əliboş göndərməyəcəyini anlamışdım. Və beləcə, birlikdə məhz onun seçdiyi hədiyyələri bir yerə yığdıq. Səhər obaşdan bu hədiyyələrimiz BAMF-ın hədiyyələri ilə birlikdə Tərtərə yola düşdü.

Yol...

Yollar bizi Tərtərə doğru aparırdı. Tərtərdən Qarabağa doğru başlayan bu yolla ta Qarabağadək getmək arzumun reallaşmasını istərdim. Amma səfər bəlli ünvanlara olacaqdı. Hələki bu istəklə, bu niyyət ilə yola çıxmışdıq. Arzularımız o ünvanlardan daha uzaqlara, erməni işğalında olan doğma Vətən torpaqlarına qədər uzansa da...

Əslində gecəni yata bilmədiyimə görə yolda yuxulayacağımı və bununla da uzun yol qət etməklə bağlı məndə çoxdan yaranmış uzun yol getmə diskomfortundan  xilas olacağımı sanırdım. Lakin... Sanki hər dəfə gözümü yumduqca, qulağıma avtomat səsi gəlir, hardasa uzaqdan eşidilən uğultulu bir səs get-gedə yaxınlaşır və harasa düşüb partlayan mərminin təsirindən yer silkələnirdi... Gözümü yumsam da, beynimdəki fikirlər sanki kino lenti kimi gözlərimin önündən keçirdi. Hərdən BAMF-ın əməkdaşları ilə qısa dialoqlarımız belə bu “film”in yenidən davam etməsinə əngəl olmurdu, yenidən göz qapaqlarımın altından bu qorxulu film davam edirdi...


Müharibə uşaqları...

Qarabağda 1988-ci ildə hadisələr qızışmağa başlayanda 11 yaşım vardı. 11-12 yaşlı məktəblilər olsaq da, hər gün məktəbimizin hədəf alına biləcəyini söyləsələr də, valideynlərimiz bizi dərsə yola salır və biz də hər gün bütün dərslərə hazırlıqlı gedərdik, əla qiymətlərlə oxuyurduq. Qazağın Ermənistanla həmsərhəd kəndlərində ermənilər evləri dağıdıb, insanları diri-diri yandıranda böyüklər bizim yanımızda bu faciələrdən az danışmağa çalışsalar da, əslində biz elə bunların içində böyüyürdük. Uşaqlığımız müharibənin acısında əriyirdi, sevincimiz azalırdı, həyatımız getdikcə bu vəziyyətin içində gün gündən dəyişirdi və biz müharibə uşaqlarına çevrilirdik. Qazağın mərkəzinə, kəndlərinə, bizim Daş Salahlıya - kəndimizə atılan mərmilər, toplar istənilən anda, istənilən evə, məktəbimizə, həyətimizə, başımıza düşürdü. Qonşu məktəbdə oxuyan yaşıdımızın bağlarına düşən mərminin partlaması onun ömrünü 12 yaşdaca kəsdi...

Şıxarx məktəbinin həyəti...

Tərtərin Şıxarx kəndinə gəlmişik. Məktəbin həyətində müəllim və şagirdlər yığışıb. Şıxarx kənd məktəbində 52 şagird təhsil alır, 27 qız və 25 oğlan. Bu məktəblilər məcburi köçkün ailəsindən olan uşaqlardırlar. BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanlarının bir neçəsi buradadır. Onların içərisində mənim xatirimdə ağıllı baxışları, məğrur duruşu və ötkəm nitqi ilə “Mən sülh yaradardım, sülh olsun” – deyən qız da var. Mən ona elə “Sülh istəyən qız” deyirəm...


Sülh istəyən qız...

O sülh istəyir, sülh yaratmağı arzulayır. Onun bu arzusu təkcə özü, öz yaşıdları, yaşadığı kənd, təkcə öz ölkəsi üçün deyil, bu, bütün bəşəriyyətin bu gün sülhə, firavan Yer üzünə nə qədər ehtiyacının olması həqiqətidir. Bu qız sülh istəyir, amma o bu sülhü azad olunmuş Vətən torpaqlarında, Qarabağda, azərbaycanlıların öz ata-baba yurdlarına o BÖYÜK QAYIDIŞI, Azərbaycan Ordusunun MÖHTƏŞƏM QƏLƏBƏSİndən sonra yaranacaq asudə, rifah dolu günlər üçün səsləyir. Məhz buna görə də, “Əlində imkanın olsaydı nə edərdin?” sualına cavabı “Sülh yaradardım, ancaq sülh istəyərdim” oldu. Bəli, Sülh istəyən qız, biz müharibə uşaqlarının ən böyük arzusu budur. Sülhdür!

Həsənqaya...

1992-ci ildə ermənilər tərəfindən Həsənqaya kəndində azərbaycanlıların 96 evi yandırılıb, talan edilib... Hazırda Həsənqaya kəndində məcburi köçkün ailələri məskunlaşıblar. Burada kənd məktəbində  21 şagird təhsil alır. Bu kənd müharibənin acı simasının əsl təzahürüdür. Buradakı üzlər, gözlərdəki ifadələr bizə müharibədən nələr, nələr “danışır”... Səssiz film kimi.


Epiloq...

Niyə belə boynubükük durmusan, müharibə uşağı? Bəs sən, sən də qəmginsən. Nə düşünürsən, balaca oğlan? Xəbəriniz varmı, siz əslində tarixsiniz. Siz Azərbaycanın canlı tarixisiniz. Siz oxunsanız, qalın-qalın cildli kitablar olarsınız, müharibə uşaqları...

Adın nədir?

-Uğur!

Uğur, nə gözəl adın var. Sən böyüyəndə kim olacaqsan?

- Polis

- Mənim oğlum da belə deyir. O da polis olacaq.

Gülümsünür Uğur. Baxışlarını gizlədir, utanır, gözlərində kədər var, bəlkə də gözünün dibindəki qorxunu görməyimi istəmir. Utanma, danış, mənə arzularından söz aç, gözündəki kədəri gizlətmə, bu sənin günahın deyil, bu, qoca dünyanın 7-8 yaşlı uşaqlara “ərməğanıdır”...

Sənin adın nədir?

– Aydan

Bəs sən böyüyəndə kim olacaqsan?

 – Həkim olacağam. Çünki əsgərlərin yarasını sarımaq, onları sağaltmaq lazımdır. Onlar Vətənimizi, torpağımızı qoruyurlar...

 

P.S. Həmin gün müşahidə etdiyim bir nüansı qeyd etməsəm olmaz. Bu da kəndlərdə ordakı əhali, xüsusilə uşaqların BAMF-ın sədri Umud Mirzəyevə münasibəti idi. Umud Mirzəyevi buralarda böyükdən kiçiyə hamı tanıyır desəm yanılmaram. Bu insanlar ona inanırlar, uşaqlar Umud müəllimin sinəsinə sıxılır, qucağına qaçırlar. Hər birinin gözlərindəki mehriban ifadəni sezməmək mümkün deyil. Onlar BAMF-ı tanıyırlar. BAMF yarandığı gündən indiyədək gördüyü bütün işlərdə, həyata keçirdiyi layihələrdə, beynəlxalq səviyyəli görüş və tədbirlərdə haqq- ədalətin qalib gəlməsi, Azərbaycanın cəlb olunduğu bu müharibədə haqlı tərəf olduğu, xalqımızın bu mühaibədən çəkdiyi acı və ağrıları çatdırmağa yönəldir. Bu qurum həmişə bu istiqamətdə fəaliyyəti ilə diqqət çəkir. Umud müəllimə və BAMF-ın bütün kollektivinə bu vacib və çətin işlərində uğurlar arzulayıram və hər birinə təşəkkür edirəm!

 

Bakı-Tərtər-Bakı
Zeynab Kazımova
Fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru
www.lecarrefour.az saytının rəhbəri
Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin
Azərbaycan bölməsinin rəhbəri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”
25.04.2018, 16:08

Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”

Diaspor üçün nə etməliyik?   
25.04.2018, 15:59

Diaspor üçün nə etməliyik?  

Azərbaycan-Türkiyə sənədləri imzalandı
25.04.2018, 15:49

Azərbaycan-Türkiyə sənədləri imzalandı

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ   
25.04.2018, 15:43

Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ  

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”
25.04.2018, 15:41

“Artıq gənc kadrlar daha çox irəli çəkilir”

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
25.04.2018, 15:36

Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
25.04.2018, 15:26

“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.74%)
İmtahan qiymətləri normalıdr(4.59%)
İmtahan qiymətləri aşağıdır(2.29%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.1%)
İmtahan qiymətləri azaldılmalıdır(5.74%)
İmtahan qiymətləri artırılmalıdır(11.4%)