Modern.az

Sınaq imtahanlarının nəticələri açıqlandı

Sınaq imtahanlarının nəticələri açıqlandı

13 İyun 2017, 15:32

İyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini iyunun 13-də saat 12:35-dən etibarən elan edib.

Modern.az xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub