Modern.az

İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət etdi

13 İyun 2017, 15:44

İyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Modern.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı