22 oktyabr 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Qızıl meydana eniş edən alman təyyarəsi, Qorbaçovun qərarı, nazirin istefası... - MARAQLI
Qızıl meydana eniş edən alman təyyarəsi, Qorbaçovun qərarı, nazirin istefası... - MARAQLI
14.06.2017, 03:00

Bu hadisə bütün dünyanı heyrətə gətirmişdi. Alman təyyarəsinin olduqca güclü Hava Hücumundan Müdafiə qüvvələrinə sahib olan SSRİ-nin sərhədlərini keçib paytaxta, Moskvanın ürəyi sayılan Qızıl meydana heç bir maneəsiz eniş etməsi ağılasığmaz bir olay idi. Baş katibin iş otağından seyr edilməsi mümkün olan bu hadisə həmin ərəfədə son illərini yaşayan SSRİ-nin tarixində öz müəmmaları ilə iz qoyub.

Modern.az saytı 1987-ci ildə baş vermiş bu qeyri-adi hadisə ilə bağlı yazını təqdim edir.

Beləliklə, 1987-ci ilin mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə Hamburq şəhərində doğulan, milliyətcə alman olan Matias Rust “Sessna” idman təyyarəsi ilə Helsinkiyə istiqamət alıb. Əvvəlcədən planlaşdırdığına görə 19 yaşlı pilot oradan İsveçə uçmalıymış. Ancaq bu plan elə bir andaca, hətta ərazidə təyyarələrin idarəetmə xidmətinin dispetçerinə xəbərdarlıq olunmadan dəyişib. Rust istiqaməti SSRİ-yə doğru götürüb. O, sərhədi Estoniya ərazisində pozaraq Leninqrada tərəf istiqamət alıb. Daha sonra isə Leninqrad-Moskva dəmiryolu xətti ilə kurs götürərək Moskvaya doğru irəliləyib. Maraqlı fakt odur ki, sərhədi pozarkən dərhal radarlara düşən alman təyyarəsinə istədiyi məkana yetişməyə heç bir maneə olmayıb. Sonradan özünün dediyi kimi SSRİ-nin hava məkanına daxil olanda dərhal onun ətrafında iki qırıcı təyyarə görünüb, ancaq bu təyyarələr onun uçuşunu nə məhdudlaşdırıb, nə də ki, məcburi eniş etməyinə cəhd göstəriblər. Rust onu da etiraf edib ki, təyyarəni birbaşa Kremlin həyətinə endirmək istəyib. Təcrübəsinin azlığından və təyyarənin heç kimə, heç nəyə zədə yetirməyəcəyindən arxayın olmayan Rust bu qərarından vaz keçib. O, özünün bütün bacarığından istifadə etsə də yalnız üçüncü cəhddən sonra Qızıl meydana eniş edə bilib. Həmişə insanlarla dolu olan Qızıl meydan və onun ətrafına heç bir dağıntısız, hec kimə toxunmadan eniş etməyin nə qədər çətin olduğunu da yəqin ki, anlamaq çətin deyil.

Minlərlə insanların, o cümlədən turistlərin heyrət və təəcüb dolu baxışları altında kabinadan çıxan Rust heç nə olmamımış kimi “tamaşaçı”larını təbəssümlə qarşılayıb. Avtoqraf vermək, şəkil çəkdirmək də öz yerində. Amma cəmisi 15 dəqiqə, həbs olunana qədər.

İstintaq zamanı Rust ifadəsində bildirib ki, onun bu “gəliş”i  heç bir pis məqsəd daşımayıb, sadəcə SSRİ ilə qərb arasındakı gərginliyə rəmzi olaraq barışıq körpüsü salmaq, soyuq müharibə adlı qorxunc bir fikrə sülh gətirmək niyyətində olub. Və özünün “Sessna” təyyarəsini “Sülh göyərçini” adlandırıb.


Həmin ərəfədə istər xarici ölkələrdə, istərsə də SSRİ-də hadisə ilə bağlı birçox versiyalar ortaya çıxıb. Yüksək ranqlı sovet məmurları bu hadisənin xarici kəşfiyyat orqanları tərəfindən həyata keçirildiyi fikrini irəli sürüblər və belə əsaslandırıblar ki, 19 yaşlı bir oğlanın sərbəst şəkildə Kreml ətrafında “at oynatmağı” xarici ölkələrin SSRİ-nin hərbi nüfuzuna zərbə vurmaq məqsədini güdür.

Daha bir versiya bu hadisənin Qorbaçovun razılığı ilə SSRİ DTK-sı tərəfindən təşkil olunduğu fikridir. Bu versiyaya görə Qorbaçov bu hadisədən sonra keçirəcəyi “islahatlar”da ona mane ola biləcək marşal və generalları vəzifələrindən uzaqlaşdırmaq üçün tutarlı bəhanə əldə edəcəkdi. Əslində bu versiyada bir həqiqət var. Birincisi, nəinki dörd nəfərlik idman təyyarəsi, heç qırıcı təyyarələrin də SSRİ-nin dəmir sərhədlərindən keçməsi mümkün iş deyildi. Deməli, bu məsələ yuxarılarla razılaşdırılıb. İkincisi, hadisədən dərhal sonra Qorbaçovun qərarı ilə SSRİ-nin Müdafiə naziri marşal Sokolov istefa ərizəsini yazıb, 300-dən artıq ali və yüksək rütbəli zabitlər vəzifəsindən azad edilib. Üçüncüsü, bütün bu “həngamənin müəllifi” Rust cəmisi 4 il azadlıqdan məhrum edilsə də 14 aydan sonra əfv olunaraq azadlığa buraxılıb. Və sonrakı müsahibələrində görənlərin qan ağladığı Lefertova həbsxanası haqqında lüğətindəki ən xoş sözləri işlədib.


Təbii ki, bu və digər versiyalar müəyyən dairələrin fikirləridir. Həqiqət isə Matias Rust işinin hələ də məxfi saxlanılan qovluğundadır. Amma aşkarda olan bir həqiqət də var, Almaniya Texniki muzeyində saxlanılan “Sessna” təyyarəsi...

Çağrilmamış qonağın Kremlə təyyarə ilə təşrifi “nikbin” sovet xalqının lətifə yaradıcılığına “böyük uğurlar” gətirib, Qızıl meydan ikinci statusunu qazanıb:  “Şeremetyevo 3”. Meydanda əli yüklü adam görəndə deyirmişlər ki, bu vətəndaş Almaniyaya gedir, Hamburq təyyarəsini gözləyir. Yaxud, Qızıl meydanda iki dost bir-birindən siqaret istəyəndə cavab belə olub, aerodromda siqaret çəkmək qadağandır.

Gülmək öz yerində, amma həqiqətən də SSRİ kimi nəhəng olmuş bir dövlətin sərhədlərini keçib quşun belə ehtiyatla qonduğu Qızıl meydana alman təyyarəsinin enməsi olduqca müəmmalı məsələdir...

İlham Cəmiloğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub
21.10.2017, 20:02

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Ərdoğan yenə ABŞ-ı hədəf aldı
21.10.2017, 19:51

Ərdoğan yenə ABŞ-ı hədəf aldı

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:54

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Polis intihar etmək istəyən qızı xilas etdi   
21.10.2017, 17:49

Polis intihar etmək istəyən qızı xilas etdi  

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)