Modern.az

“Rusiya ABŞ, Fransa və Hollandiyada seçkilərə müdaxilə edib”

“Rusiya ABŞ, Fransa və Hollandiyada seçkilərə müdaxilə edib”

14 İyun 2017, 10:16

ABŞ Dövlət katibi Reks Tillerson Moskvanın ABŞ, Hollandiya və Fransadakı seçkilərə müdaxilə etdiyini düşünür.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatdakı dinləmələr zamanı ona bu haqda verilən suala Tillerson “Bəli, mən belə hesab edirəm” – deyə cavab verib.

Həmçinin, Tillerson Rusiyanın daha zəif NATO-nu görmək istədiyini və hakerlərin köməyi ilə seçkilərə müdaxilələr törətdiyini deyib.

 

Xatırladaq ki, bundan əvvəl Demokratlar partiyası və Fransanın yeni prezidenti Emmanuel Makron Rusiyanı seçkilərə haker hücumları təşkil etməkdə ittiham etmişdi.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər