Modern.az

“Əhali banklara deyil, banklar əhaliyə yalvarmalıdır!"

“Əhali banklara deyil, banklar əhaliyə yalvarmalıdır!

İqtisadiyyat

14 İyun 2017, 14:37

Milli Məclis banklarla bağlı çoxlu sayda qanunlar qəbul edib, onlara xeyli dəyişiklər edib.

Bəs banklarla bağlı qəbul edilən qanunlar insanları qane edirmi?

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, banklarla bağlı problemlər hər zaman olub və indi də var.

“Son zamanlar bu problemlər daha da aktuallaşıb. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev bank isteminin sağlamlaşdırılması ilə əlaqədar müəyyən addımların atılması üçün göstərişlər verib.  Düzdür, Azərbaycanda gedən iki devalivasiya da bank sisteminə ziyan vurub.  Mən deyərdim ki, banklar da 2016-2017-ci illərdə ziyanla işləməli olublar. Bütün bunları aradan qaldırmaq üçün prezident İlham Əliyev Mərkəzi Bankın bəzi səlahiyyətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasına verib. Palata bank sisteminin diqanosytikasını aparır. Bütün bunları nəzərə alaraq, həmin qanunlara dəyişiklik edilib ki, bank sistemi sağlamlaşdırılsın”.

V.Əhmədov hələ də bank sistemidnə olan vəziyyətin ürəkaçan olmadığını deyib. Onun sözlərinə görə, əhali banklara deyil, banklar əhaliyə yalvarmalıdır:

“Hələ də bu sahədə problemlər qalmaqdadır. Mənə elə gəlir ki, qısa müddətdə olmasa da, müəyyən müddətə Azərbaycanda bank sistemi sağlam fəaliyyət göstərəcək. Çünki gedən işlər, atılan addımlar onu göstərir. Bankların əsas fəaliyyəti əhali ilədir. Əhali ilə ona münasibəti normal vəziyyətə salmaq üçün bank sisteminin özü də çox geniş çalışmalıdır. Əhali yerli banklara yalvarıb kredit almamalıdır. Əksinə banklar əhaliyə müraciət etməli, əhali ilə münasibətlərini dəyişməlidir. Banklar elə bir şərait yaratmalıdır ki, əhali əmanətini yastığının altında saxıamasın. Aparıb banklara qoysun”.

 

Deputat parlamentin banklarla bağlı qəbul etdiyi qanunları əhalinin maraqlarına cavab verdiyini bildirib.

“ Qəbul edilən və va dəyişiklik olunan qanunlar bank isteminin sağlamlaşdırılmasına yönəlib.  Həm də bu qanunlar fiziki və hüquqi şəxsləri bank sistemindən əziyyət çəkənləri  stabil vəziyyətə gətirib çıxarmağa yönəlib”.

 

 

P.S Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?