Modern.az

Gəncədə “Son zəng” çalındı - REPORTAJ

Gəncədə “Son zəng” çalındı - REPORTAJ

Aktual

14 İyun 2017, 15:17

Bugün Azərbaycanda orta məktəblərin məzunları üçün “Son zəng” çalınır. Uşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir və məktəbi bitirmək müstəqilliyə doğru bir addım sayılır. “Son zəng” məzunların uşaqlıq dövrünə son, gələcəyin dumanlı və cazibədar, bir o qədər də məsuliyyətli mərhələsinə girişdir. Şagirdlər “Son zəng”ə həftələr və hətta aylar əvvəl hazırlaşmağa başlayır və unudulmaz gün olmasını istəyirlər.

Məzunlarla yanaşı, məktəb kollektivləri də bayramın yadda qalması üçün səy göstərirlər. Əlamətdar gün münasibəti ilə məzunlar təbrik edilir, yeni yolun astanasında qərar tutan yeniyetmələrə uğurlar arzulanılır.

Modern.az saytının əməkdaşı Gəncə şəhərində yerləşən Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə “Son zəng” tədbirini izləyib.

Tədbir başlamazdan əvvəl məktəbin direktoru Azad Əsgərovla həmsöhbət olduq. Azad müəllim söylədi ki, hər il tələbə adını qazanan məzunların sayı artır:

"Bu il 25 məzunumuz var və aprel ayında imtahanda bir şagirdimiz 600-dən yüksək, 3 şagird 500-dən yüksək və digərləri 300-400 bal toplayıb. Hər birindən növbəti imtahanda da yaxşı nəticə gözləyirəm. Hər il tələbə adını qazanan məzunlarımızın sayı artır. 2016-cı ilin məzunlarından ən yüksək nəticəni bir şagirdimiz 648 balla göstərib.
Hal-hazırda məktəbdə 420 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur".


Direktorla qısa söhbətdən sonr a “Son zəng” tədbirini izlədik. Məzunlar səhnəyə dəvət edildi, Azərbaycanın dövlət Himni səsləndirildi. Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutdan sonra Azad müəllim məzunları təbrik etdi.


Ardınca sinif rəhbərləri və müəllimlər növbə ilə məzunları təbrik etdilər, onlara təhsildə və həyatda uğurlar arzuladılar..


Bu gün ancaq məzunlar üçün  özəl deyildi, məzunlar qədər sevincli və həyəcanlı olan birincilərin də unudulmaz anları idi. Birinci sinif şagirdləri də çıxış edərək şeir səsləndirib, rəqs etdilər.


Məzun və birincilərin valideyinləri də ürək sözlərini söylədilər.


Tədbirin sonrakı axarında məzunlar hazırladığı səhnəciklə çıxış etdilər. Və bu çıxış alqışlarla qarşılandı.


Səhnəciyi hazırlayanları yaxından tanımaq üçün onlarla həmsöhbət olduq.

Tural Orucov həvəskar aktyor olduğunu və Gəncədə bir çox tədbirlərdə çıxış etdiyini söylədi:

"2015-ci ildə bu məktəbin məzunu olmuşam və hazırda da məktəblə əlaqəmi kəsməmişəm. Bu cür səhnəciklər çox sevildiyi üçün hər il məzunlarla birlikdə təşkil edib, izləyənlərdə xoş təbəssüm yaradırıq. Aktyorluq fakültəsində təhsil almaq istiyirdim, ancaq lazımi balı toplaya bilmədiyim üçün həvəskar  aktyor kimi Gəncədə bir çox tədbirlərdə çıxış edirəm".

Məzun Toğrul Əlizadə də aktyor olmaq istədiyini söylədi:

"Aktyorluğu çox sevirəm və məktəbli vaxtlarımdan bir çox tədbirlərdə çıxış edirəm. Bunun üçün də aktyorluq fakultəsinə daxil olub, məşhur aktyor olmaq istəyirəm".
 

Qeyd edək kii, “Son zəng” tədbiri davam edən müddətdə məktəbin mühafizəsi gücləndirilmişdi ki, xoşagəlməz bir hadisə baş verməsin.


Sonda məzunlar birincilərlə bir-birlərini təbrik edərək, birlikdə rəqs etdilər. Nəhayət “Son zəng”  çalındı və tədbir başa çatdı...

 

Neman RZA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər