Modern.az

PKK-ya məxsus 112 mağara aşkarlandı

PKK-ya məxsus 112 mağara aşkarlandı

Dünya

14 İyun 2017, 20:15

Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin İncəbel dağları bölgəsində davam etdirdiyi antiterror əməliyyatları nəticəsində PKK-ya məxsus 112 mağara aşkarlanıb.

Məlumata görə, bu bölgədə terrorçulara məxsus 797 növdə silah, 427 min 162 müxtəlif təchizat vasitəsi, 5 tondan artıq partlayıcı, 80 tondan çox qida və yaşayış ləvazimatı ələ keçirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!