Modern.az

ABŞ-da silahlı insident: 2 ölü, 5 yaralı, YENİLƏNİB

ABŞ-da silahlı insident: 2 ölü, 5 yaralı, YENİLƏNİB

14 İyun 2017, 22:12

ABŞ-ın San-Fransisko şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər ölüb. Hadisə nəticəsində daha 5 nəfər yaralanıb.

Məlumata görə, atəş açan şəxs polis tərəfindən saxlanılıb. Polislə atışmada yaralanan həmin şəxs xəstəxanaya yerləşdirilib. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

 

21:24

 

ABŞ-ın San-Fransisko şəhərində silahlı insident qeydə alınıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə “United Parcel Service” poçt şirkətinin yaxınlığında qeydə alınıb.

Naməlum şəxs odlu silahdan atəş açaraq bir neçə nəfəri yaralayıb. Cinayətkarın polis tərəfindən saxlanıldığı bildirilir. İlkin məlumata görə, o, polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı