Modern.az

İran təhlükəsizlik qüvvələri 3 silahlını məhv etdi

İran təhlükəsizlik qüvvələri 3 silahlını məhv etdi

14 İyun 2017, 22:40

İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib. Modern.az İran mediasına istinadən xəbər verir ki, silahlılardan daha 5-i yaxalanıb. Xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi