Modern.az

Putin canlı yayımda suallara cavab verir - Prezident ilk dəfə nəvələrindən danışdı  

Putin canlı yayımda suallara cavab verir - Prezident ilk dəfə nəvələrindən danışdı   

15 İyun 2017, 15:00

Rusiya Prezidenti Vladimir Putinbu gün “Birbaşa xətt”də ölkə əhalisinin suallarını cavablandırır.

Modern.az xəbər verir ki, bu, V.Putinin birbaşa ünsiyyət qurduğu 15-ci sual-cavab tədbiridir. Bu il də verilən suallar arasında sosial və məişət problemləri, habelə ölkədə iqtisadi vəziyyətə dair suallar üstünlük təşkil edir. Təşkilat komitəsinin məlumatına görə, bu dəfə Prezidentin ünvanına 1,8 milyon sual daxil olub. Ötən il Rusiya lideri 3 saat 40 dəqiqə ərzində 80 suala cavab vermişdi.

Hazırda da davam edən canlı yayımda Vladimir Putinə ünvanlanan suallar arasında qızları və nəvələri ilə bağlı sorğular da olub.

Putin bu haqda qısaca bunları deyib:

“Uşaqlarım siyasətə qarışmır, Moskvada adi həyatlarını yaşayırlar. Nəvələrim isə uşaq bağçasına gedir”.


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı