Modern.az

Özümüz də Qarabağ və Ukrayna problemlərini həll edə bilərik”

“Özümüz də Qarabağ və Ukrayna problemlərini həll edə bilərik”

Aktual

15 İyun 2017, 15:14

“Çox istərdik ki, mövcud problemlərimiz masa arxasında Minsk, Moskva, İrəvan və digər şəhərlərdə həll edilsin, digər dövlətlərin, hansısa qrupların, “dəyirmi masalar”ın və digərlərin təsiri olmasın. Özü də biz Qarabağ, Dnestryanı, Ukrayna və digər yerlərdəki problemləri həll edə bilərik”.

 

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.

 

“Bu bizim problemlərimizdir, onları özümüz xarici “siyasi bürolar” və müdaxilələrsiz həll etməliyik”, - deyə o vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır