Modern.az

“Azərsu”dan şəhid ailəsi ilə bağlı nümunəvi ADDIM

“Azərsu”dan şəhid ailəsi ilə bağlı nümunəvi ADDIM

15 İyun 2017, 16:23

Bir neçə gün öncə, Mingəçevirdə şəhidin adını daşıyan bulağda sayğac quraşdırılması ilə bağlı xəbər cəmiyyətdə birmənalı qarşılanmamışdı.

 

Belə ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılmış və  şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyiyini açıqlamışdı.

 

Modern.az-ın Mingəçevir sakinlərindən əldə etdiyi məlumata görə, artıq məsələ öz həllini tapıb. Belə ki, bulağa quraşdırılmış sayğac yerində qalsa da, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.

 

 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinə müraciət edən Modern.az-ın əməkdaşına məlumatın doğru olduğu təsdiqlənib.

Xatırladaq ki, Mingəçevirin mərkəzində ümumilikdə, 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsliməsindən də şikayət edirlər.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu