Modern.az

Referendum qərarı Kərkükdə gərginliyi artıracaq

Referendum qərarı Kərkükdə gərginliyi artıracaq

15 İyun 2017, 21:30

"İraq Kürd Regional Vilayətinin verdiyi referendum qərarı yanlışdır". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qərar Kərkükdə gərginliyin artmasına səbəb olacaq: "Bu referendum qərarı yalnız problem yarada bilər. Ümid edirik ki, bu qərar tezliklə, ləğv ediləcək".

Qeyd edək ki, İraq Kürd Regional Vilayətində 25 sentyabrda müstəqilliklə bağlı referendum keçirilməsi haqda qərar verilib. Türkiyə, İran, Almaniya, ABŞ və s. ölkələr bu qərara qarşı çıxıb və İraqın ərazi bütövlüyünü dəstəkləyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub