Modern.az

Azərbaycanın yeniyetmə qılıncoynadanlarının Ankara uğuru

Azərbaycanın yeniyetmə qılıncoynadanlarının Ankara uğuru

İqtisadiyyat

5 May 2011, 14:52

Türkiyənin paytaxtı Ankarada keçirilmiş Dünya Uşaq Oyunlarından xoş xəbərlər almışıq. Dünyanın 90 ölkəsindən 3 min idmançı 13 idman növündə yarışaraq mükafatlar uğrunda mübarizə aparıblar. Azərbaycan Dünya Uşaq Oyunlarında  uğurla təmsil olunub.

Yeniyetmə cüdoçularımız həmyaşıdları ilə mübarizədə parlaq qələbələr qazanıblar. Elnur Məmmədlinin davamçıları ölkəmizə 7 medal gətiriblər ki, onlardan ikisi qızıl, biri gümüş, dördü isə bürüncdür.

Ankaranın möhtəşəm idman salonunda Azərbaycan güləşçiləri də Türkiyəyə əbəs getmədiklərini sübut ediblər. Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medalla Vətənə qayıdıblar.

Daha bir xoş xəbər yeniyetmə qılıncoynadanlarımızla bağlıdır. Zəngin ənənələrə malik olsa da, son illərdə uğurlarına sevinmədiyimiz qılıncoynadanlarımızın hazırda istedadlı davamçıları yetişməkdədir. Dünya Uşaq Oyunlarında  rapira növündə mübarizə aparan qızlarımız komanda hesabında üçüncü yeri tutublar.
Fidan və Aydan Hüseynovalar-Məryəm Məlikova üçlüyü  bürünc medallara layiq görülüb, Azərbaycan bayrağını qardaş Türkiyənin paytaxtında ucaldıblar. Burada təcrübəli rapiraçı Fensinq idman klubunun baş məşqçisi Asəf Məlikovun gərgin zəhmətini qeyd etmək yerinə düşər. Azərbaycan rapiraçılarının uğurlu çıxışı qardaş ölkədə sevgi ilə qarşılanıb. Xatırlatmaq istərdik ki, keçən il Türkiyədəki daha bir mötəbər yarışda Məryəm Məlikova yaxşı nəticələr göstərib.

İstedadlı idmançı məktəbliləri Dünya Uşaq Oyunlarında qazanılmış qələbəyə görə təbrik edirik.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu