17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Həyatı sirlərlə dolu olan Şıx Eyyub baba - Şamaxının “Vizit kart”ı
Həyatı sirlərlə dolu olan Şıx Eyyub baba - Şamaxının “Vizit kart”ı
16.06.2017, 13:01

Azərbaycanda hər bölgənin, şəhərin öz koloriti, əsrlərdən bəri formalaşan dəyərləri var. Bu dəyərləri ən yaxşı təqdim edən, müxtəlif vasitələrlə aid olduğu zonanın ruhunu çatdıran insanlar isə o yerlərin “vizit kartı” sayılır. Məsələn, Şəkinin nə olduğunu, hansı  koloritə malik olduğunu bilmək üçün məşhur Hacı dayını tanımaq kifayətdir. O cümlədən, başqa bölgələrimizin də bu cür  insanları  var.

Modern.az özünün “Vizit kartı” rubrikasında bu dəfə Şamaxının vizit kartı ola Şıx Eyyub babadan danışacaq:

Nəinki o bölgədə, hətta bütün ölkədə hamı Şıx Eyyub baba ziyarəti haqqında eşidib. Pir Şamaxı-Bakı yolunun 10-cu kilometrliyində Acıdərə (Hacı dərə) adlanan ərazinin yaxınlığında yerləşir. Şeyx Əyyub Babanın (1730-1796) nəsli Әrəbqədim kəndindəndir. Məzarı ziyarətgaha çevrilib. O, Azərbaycanın tanınmış sufi şeyxlərindən, övliyyalarından biri olub. Şıx Eyyub bir övliyya kimi Şərq təsəvvvüf tarixinə adını yazdıran azərbaycanlılardan biridir.

Məzarın üstündəki türbə 1832-ci ildə tikilib. Qəbiristanlıqda olan ikinci türbə Şıx Eyyub babanın oğlu molla Məhəmmədindir. Molla Məhəmməd vəfat etdikdən sonra şeyxlik onun oğlu Әhməd Paşaya keçib. Böyük nüfuz sahibi olan Әhməd Paşanı hökumət 1888 ildə həbs edib və o, təxminən, 1896-cı ildə Rusiya həbsxanalarının birində dünyasını dəyişib.

Şeyx (Şıx) Eyyubun həyatı və nəsil şəcərəsi haqqında ziddiyətli məlumatlar var. Onu bəzi tədqiqatçılar sufizmdə yeni qol olan zikrçilər məktəbinin banisi hesab edirlər. Tədqiqatçıların fikrincə,  bu məktəb bizə xaricdən gətirilməyərək, yerli zəmində yaradılıb. Banisi Şamaxı qəzasının Qəbiristan dairəsinin imkanlı tərəkəmələrindən olan, bu yüzilliyin əvvəllərində yaşamış Şeyx Eyyubdur. 

Tədqiqatçı Mahmud bəy Mahmudbəyov Şeyx Eyyubu yerli rəvayətlərlə yaxşı tanış olan dindar bir adam kimi xarakterizə edir. Qeyd edir ki, İsmayıl Şirvaninin təlimi Şeyx Eyyubun ruhuna güclü təsir etmişdi, lakin tərəkəməliyi və ümmi olması ona İsmayıl Şirvaninin irşad halqasına daxil olmağa mane olurdu. Şirvan əhalisinin yaxşı tanıdığı və ziyarət etdiyi Babadağla əlaqədar yad olunan Həzrət baba Şeyx Eyyubun həyatında mühüm rol oynayır. Şeyx Eyyub yaxın adamlarına bəyan edir ki, Həzrət Baba ağsaqqal bir kişi surətində, ağ çalmada və yaşıl əbada tez-tez yuxuda və ayıq olarkən onun gözünə görsənir və hər bir şeydən əl çəkərək, özünü Allaha xidmətə ithaf etməyi ondan tələb edir.

M.Mahmudbəyov da səmimiyyəti ilə qeyd edir ki, həqiqətən də, Eyyub ailəsini, var-dövlətini tərk edərək, Qəbiristan çöllərinə çəkilir və zahidlik həyatını yaşayır. Yerli rəvayətlərə görə, yayda Qəbiristanın bütün tərəkəmələri öz sürüləri ilə Şamaxı və Quba yaylaqlarına köç edərkən, demək olar ki, tropik istilər zamanı Qəbiristan çöllərində heç kimə rast gəlinmədiyi bir vaxtda, Eyyub, əlinə keçəni yeyərək, bu çöllərdə tənha yaşayırdı; qışda isə o, yalnız ac canavarların dolaşdığı Babadağa köçürdü. Bir neçə il (bəzi rəvayətlərdə 7 il) bu cür zahidlik həyatından sonra Şeyx Eyyub yaxınları vasitəsilə elan edir ki, Həzrət Baba ona şeyxlik verib, qəbiristanlılar arasında təriqəti təbliğ etməyi ona əmr edib. Şeyx Eyyub Həzrət babanın adı ilə əlaqələndirilən və müridlərin həyatlarında baş verən hadisələri izah etmək üçün zikrlər söyləyir.
 

Şeyx Eyyub təlimi

Şeyx Eyyubun təliminə görə, ruhu ilahi bərəkətin dərkinə cəzb etmək üçün cəzvlərdə 1000 dəfə “Lə iləhə illəlləh” və “Haqq Hayy” sözləri oxunurdu. Cəzvlər həftədə bir dəfə, cümə namazı qılındıqdan sonra icra olunurdu. Cümə günü bütün müridlər Acıdərədə toplaşır, günorta, cümə namazı bitdikdən sonra, şeyxin yanında yarımçevrə yaradırdılar. Əvvəlcə yeknəsək səslə 1000 dəfə “Lə iləhə illəlləh” oxuyur, sonra, həftə ərzində şeyxdən aldıqları zikrləri, əgər yeniləri yoxdursa – köhnələrini oxuyur, daha sonra, başlarını və bədənlərini tərpədərək, vəcdə gələnə qədər “Haqq Hayy” oxuyurdular (Mahmudbəyov 1898).


Şeyx Eyyub təmənnasız bir insan idi. O, müridlərin nəzirlərindən istifadə etmir, onlara elan edirdi ki, yalnız, onun məktəbinə daxil olmuş bu nəzirlərin sahibi olan Həzrət babanın xəlifəsidir, lakin Həzrət babanın, yer üzündə, bu nəzirlərin adlarına çatacağı varisləri olmadığından, onlar bütün müridlərə mənsubdurlar və hamı arasında bərabər bölünməlidir. Nəzirlərin düzgün paylanması üçün o, müridlər arasında cümlə təsis etmişdi. Cümlədə müridlər dəstələrə bölünürdülər, hər bir dəstənin bir xəlifəsi olurdu. Bütün nəzirlər cümə gününədək yığılırdı. Cümə günü isə, cümə namazı və cəzv bitdikdən sonra, nəzirlər əvvəlcə dəstələr arasında bölünürdü, sonra isə dəstə xəlifəsi onları öz dəstəsinin üzvləri arasında bölürdü. Bu nəzirlər qoyun, un, yağ, çörək və s.-dən ibarət idi. Zikrçilərə hansı təriqətə mənsub olmasına baxmayaraq, hər hansı bir müsəlman tərəfindən bişirilmiş qidanı yeməyə və fərq qoymadan hər bir kəslə tanışlıq və dostluq etməyə icazə verilirdi.

Şıx Eyyub baba haqqında əfsanələr

O zaman Şamaxı xanı Mustafa xan imiş. Hər tərəfə xəbər yayılır ki, Şeyx Eyyub övliyya məqamına yetişib. Mustafa xan bunu yoxlamaq qərarına gəlir. Xanın arvadı barmağındakı üzüyü çıxarıb deyir ki, əgər deyilənlər doğrudursa, bu üzüyü şeyxə hədiyyə et. Amma Mustafa xan deyilənlərə inanmır. Düşünür ki, əgər Şeyx Eyyub da yaylaqda başqaları kimi pişvazıma gəlsə, demək, deyilənlər yalandır. Yox, gəlməsə, həqiqətdir. Xan yaylağa gedəndə övliyya onu qarşılamır. Qısa müddətdən sonra Mustafa xan özü şeyxin qaldığı alaçığa gedir və niyə xanı qarşılamamağının səbəbini soruşur. Şıx Eyyub isə belə cavab verir:

“Xan gəlməməyim hörmətsizlikdən deyil, lakin sənin ürəyindəki niyyətdən xəbərdar idim”.
Xan həmən çıxmaq istərkən Şıx Eyyub onu saxlayır və “bacımın mənim üçün yolladığı üzük hədiyyəmi unutdun” deyir. Mustafa xan üzüyü ona verir. Şeyx Eyyub yanındakı ocaqdan bir köz götürüb pambığa bükür. Sonra həmin pambığı da dəsmalın arasına qoyaraq xana uzadır. Xan evə gəlib arvadı ilə birlikdə dəsmalı açır. Görür ki, köz hələ də qıp-qırmızı qızarır. Amma pambığa azacıq da olsa heç nə olmayıb. Bundan heyrətlənən xan 1000 hektara yaxın ərazini Şıx Eyyuba bağışlayır. Uzun illər həmin nəslin nümayəndələri oralarda yaşayıblar.

 

Deyilənlərə görə, Şamaxı xanlığı Rusiyanın tərkibinə keçəndən sonra, həmçinin, elə sovet hakimiyyəti illərində də bir neçə dəfə Şıx Eyyub babanın qəbrinin sökülməsinə cəhd edilib. Lakin hər dəfə müəyyən möcüzə nəticəsinə bu, baş tutmayıb.

Sovet hakimiyyətinin yeni qurulan illəri imiş. Şıx Eyyubun məqbərəsinə nəzarət edən nəticəsi Şahbaz bir yük maşınının ona yaxınlaşdığını görür. Şahbaz həmin vaxt məqbərədən bir qədər uzaq yerdə olub. Maşındakı əsgərlər ondan məqbərəni xəbər alır və oranın yerini göstərməsini xahiş edirlər. Onları ziyarətçi sanan Şahbaz həmən maşının kuzovuna atlanır. Amma az keçməmiş onların əsl məqsədlərini bilir. Eşidir ki, əsgərlər məqbərəni sökmək üçün vəzifələniblər. Maşına mindiyi üçün peşman olan Şahbaz Allaha yalvarır ki, ona elə bir fürsət versin ki, bu maşından düşüb, əsgərlərdən aralana bilsin. Az keçməmiş, qatı duman hər tərəfi bürüyür. Maşını saxlayırlar. Şahbaz kuzovdan düşəndən onu kimsə görmür. Duman məqbərəyə gedən yolları bürüdüyündən maşın geri dönməli olur. Deyilənlərə görə, bu əhvalat bir neçə dəfə də yaşanıb.

İstər çar Rusiyası, istərsə də  Sovet quruluşu bu mqəbərəni sökə bilməyiblər.

Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video
17.08.2017, 21:16

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video

Barselonada terror: 13 nəfər öldü, Yenilənib
17.08.2017, 21:07

Barselonada terror: 13 nəfər öldü, Yenilənib

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb
17.08.2017, 20:56

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb
17.08.2017, 20:29

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb

Dağıstanda partlayış: 2 ölü
17.08.2017, 20:15

Dağıstanda partlayış: 2 ölü

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq
17.08.2017, 19:41

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb
17.08.2017, 18:56

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb

Göygöldə DƏHŞƏT - 2 qadın amansızlıqla qətlə yetirildi
17.08.2017, 18:49

Göygöldə DƏHŞƏT - 2 qadın amansızlıqla qətlə yetirildi

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək
17.08.2017, 18:45

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub
17.08.2017, 18:40

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib
17.08.2017, 18:31

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
17.08.2017, 18:17

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

BP-də nə qədər azərbaycanlı çalışır?
17.08.2017, 18:08

BP-də nə qədər azərbaycanlı çalışır?

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı
17.08.2017, 17:45

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir
17.08.2017, 17:31

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
17.08.2017, 17:10

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu
17.08.2017, 16:50

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

Prezidentlərin övladları Bakıya gələcək
17.08.2017, 16:27

Prezidentlərin övladları Bakıya gələcək

BP Azərbaycanda qaz hasilatını azaltdı
17.08.2017, 16:25

BP Azərbaycanda qaz hasilatını azaltdı

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü
17.08.2017, 16:19

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi
17.08.2017, 16:13

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
17.08.2017, 15:55

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb

Gədəbəydə peşə kursları təşkil edildi
17.08.2017, 15:51

Gədəbəydə peşə kursları təşkil edildi

Qurban bayramı namazının vaxtı açıqlandı
17.08.2017, 15:43

Qurban bayramı namazının vaxtı açıqlandı

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
17.08.2017, 15:29

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü
17.08.2017, 15:20

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə
17.08.2017, 15:08

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT
17.08.2017, 14:58

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT

“Gənclərin Simulyasiya Akademiyası” davam edir
17.08.2017, 14:51

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir
17.08.2017, 14:42

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA
17.08.2017, 14:39

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan olundu
17.08.2017, 14:38

Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan olundu

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest
17.08.2017, 14:03

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”
17.08.2017, 13:53

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”

"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu
17.08.2017, 13:48

"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.5%)
SOCAR-dan(6.89%)
Lukoil-dan(16.0%)
Bunların heç birindən - başqasından(26.4%)