23 oktyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - “Əxlaqsızlığı yayan”, Bağırovu öldürmək istəyən, “zorlamada” günahlandırılan yazıçı - ACI TARİX
“Əxlaqsızlığı yayan”, Bağırovu öldürmək istəyən, “zorlamada” günahlandırılan yazıçı - ACI TARİX
16.06.2017, 16:50

Modern.az bu yazıda çox faciəvi tale yaşayan repressiya qurbanı,  yazıçı və həkim Tağı Şahbazi Simurqdan bəhs edəcək:

Qanlı 1937-ci ilin məşhur anti-qəhrəmanı Seyfulla Şamilov yenə də öz işindədir. O Seyfulla Şamilov ki, cəmi bir neçə aydan sonra onun özünü də repressiya qurbanı edəcəkdilər. Hələlik isə onun Tağı Şahbazi haqqında çıxışına nəzər salaq:

“Şura vətəndaşı hər şeydən əvvəl, hər bir хırda hərəkətdə prinsipal olmalıdır. O sovet vətəndaşı simasını göstərməlidir. Tağı Şahbazi də öz sifətini göstərmişdir. Bunun hekayəsi iki fahişə haqqındadır. Məsələn, “Bahar gecəsi” bizim ədəbiyyatımızda çap olunmuşdur. “Bahar gecəsi” bir qadına “uхajıvat” etmək haqqındadır. Mən elə zənn etdim ki, bunu Tağı Şahbazi aхırda ifşa edəcəkdir və bir ideya ilə bağlayacaq. O hekayəni məmləkətimizdə olan qızlar, ölkəmizdəki gənclər oхuyanda deməzlərmi həyat nə ilə məşğuldur, partiya nə ilə məşğuldur, Tağı Şahbazi nə ilə məşğuldur”. (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”)

Hər şey bu gülməli ittihamdan sonra başladı. Partiya sıralarında və ədəbiyyat aləmində get-gedə  böyük nüfuz qazanan yazıçını da əllərinə düşən böyük fürsət dalğasında - repressiyada məhv etmək istəyirdilər. Yuxarıdakı ittiham onu sırf bir yazıçı kimi gözdən salmaq,  ittifaq sıralarından xaric etməkdən ötrü idi. Buna da nail oldular. Tağı Şahbazinin insanla təbiətin ülvi vəhdətini çox gözək əks etdirən və əxlaqsızlıqdan deyil, saflıqdan bəhs edən əsərini “fahişəliyin təbliği” hesab edərək onun yazıçı fəaliyyətini şikəst edirdilər.

Artıq birinci mərhələ yerinə yetirilmişdi. Növbədə ikinci mərhələ- B planı var idi. Buna əsasən, Şahbazi  ömrünün 22 ilini həsr etdiyi və böyük nüfuz qazandığı partiya işindən ayrılmalı, sıradan çıxmalı və bununla da repressiyanın caynağına düşməli idi.

Növbəti qurğu özünü çox gözlətmədi. Birinci iftirada Şahbazi bir yazıçı kimi təhqir olunmuşdusa, ikincidə onun şəxsiyyəti də təəssüf ki, tapdanırdı. Onun kimi nəcib və ədəbli bir insanı kiməsə təcavüz etməkdə ittiham edirdilər. İftiranın ağırlığı Tağı Şahbazinin əl-qolunu bağlayırdı.


Təsəvvür edin, o dövrün qanunlarına görə, əgər kimsə başqasına qarşı cinsi təcavüz edərdisə, kimliyindən asılı olmayaraq, onu ölüm cəzası gözləyirdi. Tağını isə yalnız işdən və partiya sıralarından çıxarmaqla kifayətləndilər. Çünki onlara elə bu lazım idi.  Amma fərqində deyildilər ki, bu addımla özlərini ifşa etmiş olacaqlar.


Araşdırmaçı Aslan Kənan bu barədə yazır: “Taşı Şahbazi “Leçkomissiya”nın (müalicə komissiyası) direktoru olarkən həbs edilir. Həbs edilməsində əsas göstərilir ki, guya Tağı Şahbazi öz kabinetində tibb хidmətçisini zorlayıb. Nədənsə “hadisədən” sonra Oktyabr rayon partiya komitəsinin qərarı ilə Tağı Şahbaziyə töhmət verilir və onu işdən azad etməklə məsələni bu yolla “həllinə nail olurlar”.

Doğrudur, o zaman Tağı Şahbazi həbs olunmur. Amma bu ittiham onun üçün əsl fəlakət demək idi. Həm də bilirdi ki, hansısa böyük oyunun önəmli bir detalı da bu idi.  Belə bir ittihamla gözdən salınan dövlət xadimi 1937-ci il hadisələri gələndə bu faktı göz qabağına gətirdi. Bildi ki, məhz həmin qurama oyun səbəbindən partiyada yerini, dövlət işində vəzifəsini itirən yazıçını şərləmək bu dəfə daha asan olacaq...

 

Yenə 1937-ci il... Bu dəfə yaydı. Tağı Şahbazi bilir ki, artıq bundan o tərəfə yol yoxdu. Onu da Əhməd Cavadın, Müşfiqin, Cavidin yolu gözləyir. Təkcə qoca ata-anası və gənc ailəsi, qızı Dilarə haqqında düşünür. 11 iyunda isə həbs edilir. Həbsdə nə illah edirlərsə heç nəyi boynuna almır. Nəticədə Cəfər Bağır, Həmid Sultanov və başqaları onun üzünə dururlar. 

Ona o qədər işgəncə verirlər ki, axırda qələm götürüb özü-özünü cinayətkar adlandırır. Ruhulla Axundov, Sultanovla birgə əks-inqilabçı fəaliyyətindən danışır. Amma adamda böyüklüyə baxın ki, özü haqqında elə yazsa da, Səməd Vurğun və başqaları barədə mənfi nəsə demir. Nəhayət həbs olunur:

“Hazırki ərizəmlə nəzərinizə çatdırıram ki, bugünkü günə qədər mən istintaqa düzgün ifadə verməmişəm. Başa düşdüm ki, bu susmağım mənasızdı. Ona görə də cinayətlərimi səmimi etiraf etməyi qərara aldım”.

Tağı Şahbazi daha sonra könüllü surətdə etiraf edir ki, o, doğrudan da əksinqilabçı olmuş, 1935-ci ildən H.Sultanov,  Cəfər Bağır və Ruhulla Axundovun təsiri altına düşməsini deməklə yanaşı, sovet hökuməti əleyhinə hərbi çevrilişdə və Kommunist Partiyasının rəhbərlərinə qarşı terrorda iştirak etdiyini də bildirib.

Təbii ki, bunlaırn hamısı cəfəngiyyat idi. Sağlamlığını itirən və tezliklə ölümdən başqa heç nə arzulamayan yazıçı son istəyinə çatmaq üçün bunları deyirdi. Çünki başqa repressiya qurbanları ilə müqayisədə Tağı Şahbaziyə qarşı “barıtın miqdarı çox olmuşdu”. Onu partiya liderlərinə, əsasən də, Mir Cəfər Bağırova qarşı terrorda suçlayırdılar ki, bunun da cəzası birbaşa güllələnmə demək idi. Şahbazi isə bu “günahlarını” etiraf etməklə  yalnız ölümə doğru tələsirdi.


Sovetin mənfur güclərinin ən rüsvayçı iftiralarına tuş gələn Tağı Şahbazi ölümünü çox gözləmədi. 1938-ci ildə cəmi 15 dəqiqə çəkən məhkəmə prosesində barəsində ölüm hökmü çıxarıldı. 15:30-da başlayan məhkəmə prosesi 15:45-də bitir. O boyda Tağı Şahbazinin ömrünə 15 dəqiqəlik prosesdə son qoyulur.


Amma bu son deyildi. Tağı Şahbazinin cismani xilasının bayramı uzun müddət davam etmədi. Ölümündən sonra onun ruhunu incitməyə başladırlar. Çox sevdiyi həyat yoldaşı Mariya Şahbazi vətən xaininin arvadı itttihamı ilə həbs olundu. Qoca anası və 9 yaşlı qızı kimsəsiz  qaldı. Mariya Kirilovna 8 il azadlıqdan məhrum edildi. Tağı Şahbazidən yadigar qalan 3 nəfərlik bədbəxt ailənin bütün iztirablarına yalnız 1956-cı ilin bəraətindən sonra son qoyuldu.

Elmin Nuri

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kriminal avtoritet həbsdə ölüb
23.10.2017, 11:38

Kriminal avtoritet həbsdə ölüb

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ   
23.10.2017, 11:35

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ  

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu
23.10.2017, 11:29

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   
23.10.2017, 11:28

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ
23.10.2017, 11:06

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb
23.10.2017, 11:00

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   
23.10.2017, 10:58

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu
23.10.2017, 10:54

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu

Elmar Məmmədyarov İtaliyaya getdi
23.10.2017, 10:54

Elmar Məmmədyarov İtaliyaya getdi

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi
23.10.2017, 10:45

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI
23.10.2017, 10:34

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
23.10.2017, 10:28

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq   
23.10.2017, 10:25

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq  

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR
23.10.2017, 10:17

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

İlin rekordu və ilin ixtisası
23.10.2017, 10:15

İlin rekordu və ilin ixtisası

Neft BAHALAŞDI 
23.10.2017, 10:13

Neft BAHALAŞDI 

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü
23.10.2017, 10:01

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
23.10.2017, 10:01

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
23.10.2017, 09:41

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...   
23.10.2017, 09:19

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...  

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO   
23.10.2017, 09:14

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO  

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
23.10.2017, 09:05

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb
23.10.2017, 08:56

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  
23.10.2017, 08:48

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
23.10.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu
23.10.2017, 00:37

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Bakıda məhkum həbsxanada evləndi - Foto
23.10.2017, 00:18

Bakıda məhkum həbsxanada evləndi - Foto

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib
22.10.2017, 23:56

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib

Polad Bülbüloğlu mükafatlandırılıb
22.10.2017, 23:36

Polad Bülbüloğlu mükafatlandırılıb

Hülusi Akar ABŞ-a getdi
22.10.2017, 23:19

Hülusi Akar ABŞ-a getdi

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq
22.10.2017, 23:01

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq

Torpaqların elektron kadastr uçotuna başlanılıb
22.10.2017, 22:43

Torpaqların elektron kadastr uçotuna başlanılıb

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək
22.10.2017, 22:29

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib
22.10.2017, 22:24

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(24.3%)
“Azərsu”(9.34%)
“Azəristiliktəchizat”(3.25%)
Heç biri(57.7%)