AFFA-nın ilk prezidenti Fuad Musayev dünyasını dəyişib. Modern.az xəbər verir ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Fuad Musayev bu gün günorta saatlarında Moskvada vəfat edib.
Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.
Allah rəhmət eləsin!
Modern.az