Modern.az

Norveçdən neft qadağası...

Norveçdən neft qadağası...

16 İyun 2017, 23:53

Norveçdə neft məhsullarından istilik alınması üçün istifadə edilməsi qadağan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük neft istehsalçılarından olan Norveç  hökumətinin mənzillərin, ticarət mərkəzləri və dövlət binalarının neft məhsulları ilə qızdırılmasını qadağan edən sərəncamı bu gündən qüvvəyə minib.

Norveçin iqlim və ətraf mühit naziri Vidar Helgesen elektrik xətlərinin olmadığı ucqar kənd və regionlarda mənzillərin qızdırılmasının bu qadağaya şamil edilmədiyini açıqlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?