Modern.az

Obama: “Ben Ladenin cəsədinin şəkilləri nümayiş olunmayacaq”

Obama: “Ben Ladenin cəsədinin şəkilləri nümayiş olunmayacaq”

5 May 2011, 17:20

“Əl-Qaidə” lideri Usəmə Ben Ladenin cəsədinin şəkilləri yaymlanmayacaq. Bu barədə ABŞ prezidenti Barak Obama CBS telekanalına müsahibəsində bildirib. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, prezident bu barədə qərar qəbul etdiyini açıqlayıb.

“Biz bu məsələni öz daxilimizdə müzakirə etdik. Biz tamamilə əminik ki, bu Ben Ladenin cəsədidir. Biz DNK analizi aparmışıq, buna görə də məhz Ben Ladeni öldürdüyümüzə heç bir şübhəmiz yoxdur”-deyə prezident bildirib. 

ABŞ prezidenti bildirib ki, onlar cəsədin fotoşəkillərinə qənimət kimi yanaşmaq fikrində deyillər. “Biz əmin olmaq istəyirdik ki, Ben Ladenin güllə vurulmuş başının nümayişi yeni zorakılığa impuls verən  alətə çevrilməyəcək. Biz onlardan deyilik. Bu fotoşəkillərə qənimət kimi baxmırıq”-deyə Obama vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir