21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Türkiyə və Almaniyada təcrübə keçən azərbaycanlı həkim: “Bizim xilasımız yaxşı təhsildədir” - MÜSAHİBƏ
Türkiyə və Almaniyada təcrübə keçən azərbaycanlı həkim: “Bizim xilasımız yaxşı təhsildədir” - MÜSAHİBƏ
17.06.2017, 12:01

Zamanı "Təhsil + Karyera" cəminə böldükdə qismətdə "Uğur" əldə edənlər həqiqətən də uğurlu insanlardır. İlk baxışda sadə əməliyyat kimi görünsə də, amma heç də göründüyü kimi bəsit deyil. Müsahibəmizi oxumaqla bir daha əmin olacaqsınız ki, həyatın "Qızıl nisbət" formulunu əldə etmək üçün nələri bilmək vacibdir.

Modern.az saytı uğurlu gənclərlə müsahibələri davam etdirir.

17 iyun 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Azərbaycanda ilk Səhiyyə Nazirliyi yaradıldı və 2001-ci ildən etibarən hər il respublikamızda bu tarix "Həkimlərin peşə bayramı" olaraq qeyd edilir. Bu gün ilk dəfə olaraq biznesdən tamamilə fərqli-tibb mövzusunda danışacağıq.


Müsahibimiz 2010-2012-ci illərdə Türkiyə 19 Mayıs Uniklinikasında Acil və Dermatoloji bölümlərində və 2014-cü ildə Almaniya Fridrix Şiller Universiteti Dəri klinikasında təcrübə kursları keçmiş, bir çox beynəlxalq konqres və təlimlərin iştirakçısı, Şamaxı Müalicə və Diaqnostika Mərkəzinin həkim-dermatologu Fərhad Qarayevdir.

- Xoş gördük, Fərhad bəy, layihəmizin formatına sadiq qalaraq söhbətimizə məktəb illərinizdən başlamaq istəyirik. Böyük ehtimalla nümunəvi şagird olmusunuz?! Qeyd etmək istədiyiniz məktəb uğurlarınız varmı?

- Açığı hal-hazırda qeyd ediləsi bir uğur yadıma düşmür. Adi yaxşı oxuyan şagird olmuşam.

- Azərbaycan Tibb Universiteti kifayət qədər yüksək bal tələb edən universitetdir və ora hazırlaşan istənilən abituriyentin qarşısında ciddi məsuliyyətlər qoyur. Həyatınızın abituriyent dövrünü necə xatırlayırsız?

- Universitetə hazırlıq dönəmim olduqca effektsiz keçmişdi. Halbuki, 4-cü qrupa hazırlaşan əksər abiturientlər imtahana ən azı 2 il özəl müəllimlərin yanında hazırlaşırdılar. Mənsə, cəmi 10 ay və o da özəl müəllim yanında deyil, "Araz” kurslarında hazırlaşırdım. Belə ki, 4-cü qrupun hazırlığı o kurslarda olduqca aşağı səviyyədə təşkil edilmişdi.
Amma biz kursun özəl hazırlıqdan daha effektli olacağını düşünürək, həm də nüfuzunu nəzərə alaraq, məhz "Araz"a üstünlük vermişdik.

- "Azərbaycanın ən nüfuzlu ali məktəbləri"- reytinq sıralamasında hər il ilk üçlükdə yer alan ali məktəbin tələbəsi adını qazanmaq  gəncliyə keçid mərhələsində ilk uğurunuz hesab edilə bilər. Qazandığınız bu uğurda və peşə seçimində valideynlərinizin dəstəyi və rolu nələr olub?

-Yadımdadır ki , mən elə ibtidai sinifdə oxuyandan bəri, "kim olacaqsan?" sualına – “həkim olacam” deyə cavab verirdim.  Təbii ki, bütün uşaqlar kimi hansı peşəni seçməyi valideynlərimdən soruşmuşdum. Və onlar da əksər valideynlər kimi mənə həkimliyi məsləhət görmüş, daim bu istəyimi dəstəkləmişdilər.
Amma, 4-cü qrup fənlərinin ağırlığı və keçid balının yüksək olması daha uzun müddət hazırlıqlara getməyi tələb edirdi. Ailəmizin maddi vəziyyəti isə buna imkan vermirdi. Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Anam da mənim bilik və potensialıma güvənirdi, buna görə “bəlkə özün hazırlaşasan, biz o vaxtlar ali məktəblərə özümüz hazırlaşıb, daxil olurduq. Həm də sən yaxşı oxuyursan, buna ehtiyacın yoxdu" kimi məsləhət vermişdi. Bu sözlərdən sonra düzü bir az tərəddüd etməyə başlasam da, anamın mənə olan inamı əsas verdi ki, “yox e, mən deyəsən, doğrudan həkim olmaq istəyirəm” deyə biləm. Və valideynlərimin mənimlə fəxr etdiyini görəndə bu  qərarıma bir daha sevindim.
 


- Universitetin təhsil sistemi sizi qane edirdimi?

- Əsasən yox. Düzdür imtahanlar ağır idi. Hətta, 4-cü kursa qədər. Proqram elə ağır idi ki,  abituriyent illəri əyləncə kimi gəlirdi adama. Amma bu çox mənasız ağırlıq idi. Xüsusilə qeyri-ixtisas fənlərinin bizim vaxtımızı və enerjimizi yeməsi bizi qıcıqlandırırdı. Və mühazirələrin icbari olması da bizə heç sərf etmirdi. Çünki gündəlik proqram həddən artıq çox, vaxt isə qıt idi. İndi də düşünürəm ki, bəzi mühazirələrdə oturub ailə problemlərindən gileylənən lektorlara qulaq asmaqdansa, 90 dəqiqəni kitabxanada qat-qat faydalı keçirə bilərdim.

- Tələbə kimi oturduğunuz auditoriyalara nə zamansa müəlllim kimi daxil olmaq istəyiniz olubmu heç?

- Şübhəsiz, bunu çox tez-tez təsəvvür etmişəm. Və həmişə özümü çox arxayın hiss etmişəm bu barədə düşündükdə. Onu da bilirəm ki, bunu bir çox qocaman lektorlarımızdan da qat –qat yaxşı edə bilərəm. 

- Niyə məhz "Dermatologiya", sizi bu sahədə özünə cəlb edən nə idi?

- Məni tək dermatologiya cəlb etmirdi. Bu siyahıya endokrinologiya və kardiologiya da daxil idi. Yəni Dermatologiya ixtisası ilkin seçimim deyildi. Bu ixtisası sonralar sevdim. İndi düşünürəm ki, nə gözəl ki, dermatoloqam.


- Bir neçə dəfə Almaniyada təcrübə proqramı keçmisiz. Yetərincə çətin tibb təhsili + "çox məsum" alman dili. Necə çatdıra bilirdiz?

- Alman dilini rezidentura (universitetdən sonrakı təhsil) dönəmində öyrəndim. Yüküm əvvəlki qədər çox deyildi, həm də bu dili sevirəm. Bir düzəliş verim, Almaniyada bir dəfə 3 aylıq təcrübə keçmişəm, dermatoloji klinikada.

- Almaniyanın səhiyyəsini bizimkiylə müqayisə etsək, peşəkar baxışla hansı fərqlər ortaya çıxır?

- Fərqlər çoxdur, bunun özü geniş bir mövzudur. Qısaca, vacib olan 3 amili qeyd edirəm - icbari tibbi sığorta, yüksək həkim maaşı, xəstəxana təchizatı və təminatının yüksək səviyyədə olması.

- Almaniyadan söz düşmüşkən, orda da həkimlərin yazdığı resepti yalnız özləri oxuya bilir?


- Almaniyada təcrübə keçdiyim klinikada reseptlər yazılmırdı, kompüterdə çap olunurdu. Sizi inandırım ki, onların yazı işləri o qədər çoxdur ki, əllə yazsaydılar heç özləri də oxuya bilməzdilər.



- Xarici təcrübə yerli həkimlər üçün nə qədər vacib və ya əhəmiyyətlidir? Ümumiyyətlə fərq etməz hansı ölkə, xaricdə qazandığınız təcrübəni bizim səhiyyədə neçə faiz tətbiq edə bilirsiz?


- Şəxsən mən öyrəndiklərimin ən  azı 90%-ni tətbiq edə bilmirəm. Lakin təcrübə çox əhəmiyyətlidir. Belə ki, hal-hazırda perspektivləri hesablayaraq öz hesabıma olsa belə, daha çox ehtiyac duyulan avadanlıq və ya müalicə üçün digər vasitələri tədricən ölkəmizə gətirməyi düşünürəm. Təcrübələrdə topladığım biliklərdən əlavə, yaratdığım əlaqələr də mənə bu işdə yardımçı olur.


-  Təhsil və səhiyyə həmişə müzakirə və tənqid obyekti olan sahələrdir. Söhbət bizim ölkəmizdən gedir. Sizcə niyə, nə çatışmır bizdə?

- Hər şeydən öncə təhsil! Həqiqətən yaxşı təhsil hər şeyin rəhnidir! Bizim xilasımız da ondadır. Hər ikisi çox geniş və sərbəst mövzulardır. Saatlarla söhbət etmək olar. Təəssüf ki,vaxtımız məhdud olduğundan bunları da sadalaya  bilməyəcəm.


- Hippokrat deyirdi ki, "Mən heç kimə, hətta bunu xahiş etsə belə, ölüm gətirə biləcək dərman verə bilmərəm". Amma müasir tibb belə demir. Amerika kimi texnologiyanın ən son imkanlarına sahib olan ölkənin əksər ştatları "Evtanaziya"nı qanunla qəbul edir. "Evtanaziya" etmək nə dərəcədə düzgündür?


- Xəstəliklərin diaqnostika imkanları o ölkələrdə o səviyyəyə gəlib çatıb ki, hər hansı bir ölümcül xəstəliyi proqnozlaşdıra bilirlər. Mümkün müalicə üsulları və yaxud poliativ, yəni yardımçı (xəstənin qalan günlərini rahatlaşdıracaq) müalicələr pasientə təklif edilir. Nəzərə alsaq ki, ordakı insanların hüquqları bizimkindən çoxdur, seçim etmək kimi hüquq tanıyıblar vətəndaşlarına. Xüsusilə bu sənin həyatındırsa, seçim etmək haqqın var. Lakin mən nə qədər ki, morfinin belə, susdura bilmədiyi dəhşətli ağrılardan əziyyət çəkən ölümcül xəstənin yaşadıqlarını özümdə hiss etməmişəm, onun evtanaziyaya razılaşmasını heç vaxt qınaya bilmərəm.

-Biraz  yaranışa qayıdaq. "Təkamül nəzəriyyəsi"ni qəbul edirsinizmi? Həqiqətənmi  insan meymundan, daha doğrusu primatlardan əmələ gəlib?
 

- Hal-hazırda yaranışı izah edən yeganə ana nəzəriyyə “Təkamül nəzəriyyəsi”dir. O nəzəriyyəni alimlər hələ də davam etdirir, üzərində işləyərək inkişaf etdirirlər.  Təkamül nəzəriyyəsini dərk etmək üçün alim olmağa heç ehtiyac yoxdur əslində. Bir düzəliş də verim. Təkamül nəzəriyyəsinə görə, insanlar mövcud meymun növlərinin heç birindən başlanğıc götürməyib. Sadəcə eyni əcdadları olub - Primatlar. Son 200 il ərzində insanların yetişdirdiyi saysız-hesabsız it cinslərinə diqqət yetirin. O zaman insanların primatlardan yüz min, bəlkə də milyon illər ərzində əmələ gəldiyini dərk etmək çox asan olur. Hər halda palçıqdan əmələ gəlməsinə inanmaq daha gülməlidi elə deyilmi?

- Bəs sizcə, Darvin bu gün yaşasaydı, dünyada hökm sürən qeyri-bərabərliyi - ərəb dünyası qızıla bürünərkən, Afrika qitəsinin aclıqdan qırılmasını, "İŞİD", "Taliban" kimi vəhşiləri öz gözləri ilə görsəydi, hələ də meymunu insanın əcdadı olmaq kimi "günahla" yükləyərdimi? 


- Çox dərin , çox fəlsəfi sualdı. Mən belə cavab verəcəm: İnsan yaradanda da çox böyük, möhtəşəm, misilsiz edir, dağıdanda da. Belə ki, insan ali varlıqdır. Bütün müsibətləri və mənfiləri ilə birlikdə. Sadəcə, bu qədər gücə sahib insan digər canlılardan fərqli olaraq, bütün edilmişlərə və edilməmişlərə görə məsuliyyət daşıdığını anlamalıdır.

- "Təkamül nəzəriyyəsi" Yer kürəsinin biosferası haqqında yazılmış ən mükəmməl konsepsiyaların cəmidir. Amma bununla belə, bu təlim də tam deyildi,  hansı ki, Darvin gözün təkamülünün izahını verə bilməmişdi, hətta etiraf etmişdi ki, "Gözləri düşünmək məni təkamül nəzəriyyəsindən soyutdu". Bugünki elm bu boşluğu doldura bilirmi?


- Bir qədər öncə bu nəzəriyyə haqında ilk sualınızı cavablayarkən bildirdim ki, alimlər Darvinin nəzəriyyəsini inkişaf etdirirlər. Yəni ilkin versiyada nələrisə inkar edirlər və yeniləri ilə əvəz edirlər. Elmin gözəlliyi də bundadır. Kamilliyə çatmaq üçün heç bir süni əngəl yoxdur.  Misal çəkim, Darvin heyvanları siniflərə böldü. Davamçıları bunu ondan öyrəndilər. Sonra özləri müşahidələr apardılar və Darvinin yanıldığını görüb yeni bölgü apardılar. Onun işlərində izah edilməz məsələ təkcə gözlə yekunlaşmır. Sadəcə, Darvin bu ideyanın banisidir. Öz müasirləri ilə müqayisədə möhtəşəm sıçrayış etmiş bir alimdir. Gözlə bağlı sualınızı isə aşağıdakı linkdə ətraflı cavablandırıblar.
https://www.youtube.com/watch?v=qrKZBh8BL_U

- Müasir elm konservativ təbabətin vaxtilə dediyi "Kişinin ürəyinə gedən yol mədəsindən keçir" teoremini anatomik olaraq isbat edə bilibmi? Ümumiyyətlə, bu el məsəlinin tibbi izahı varmı? Bircə deməyin ki, bu teorem deyil aksiomadır...

- Elmi izahı var. Belə ki, heyvanlar aləmində instinktlər müəyyən ardıcıllıqla oyanır. 1-ci təhlükəsizlik, 2-ci qidalanma, 3-cü nəsil artırma və s. 4-cü və 5–ci tələbatları müxtəlif alimlər müxtəlif cür qeyd edir.  Amma məncə, əsas bu üç siralama ilə sizin sualınıza cavab verdim.


- Bildiyiniz kimi, bu il italiyalı cərrah Sercio Kanaveyro dünyada ilk dəfə olaraq başın transplantasiyası əməliyyatını həyata keçirəcək. Azərbaycanda necə, həkimlərə belə cəsarətli təcrübələr üçün haçansa imkanlar yaradılacağına ümid etmək olarmı?

- Mən bu xəbəri ilk dəfə yolda - Şamaxıdan Bakıya gələrkən eşitdim və dərhal etiraz etdim. Əməliyyatın adının səhv olduğunu düşünürəm. Bu başın yox, bədənin transplantasiyasıdır.  Çünki insanı insan edən hissəsi başdadır. Amma nəyə görə belə adlandırdıqlarını da başa düşürəm. İmmunoloji nöqteyi-nəzərdən bədən başı inkar edəcək ona görə. Sualınıza cavabımsa bir optimist adam olaraq bəlidir.

- Bir az da çətinliklərinizdən danışın. Əldə etmək istədiyiniz nəaliyyətlər üçün hansı çətinlikləri yaşamısız? Və bu gün həkim peşəsinin ən çətin tərəfləri hansılardır?

- Bu sualı mənə bir il öncə versəydiniz, bəlkə də beynimdə qurcalayaraq hansısa çətinlikləri tapar, sizlə bölüşərdim. Lakin çətin hərbi xidmətdən sonra azad həyatda mənə hər şey o qədər asan, o qədər “yağ kimi" gəlir ki, təəssüf sualınızı cavabsız qoyacam...


- Karyeranızın zirvəsində özünüzü necə görürsüz?

- Çox irəlini düşünmürəm artıq. Və əslində uğur dadmağa ondan sonra başladım. Belə ki, arzularının son pilləsinə qədər xəyal qurduqda, insan demotivə olur. Bir məşhur deyim də var, “ Xəyal qurmaq ziyan deyil”. Ola bilər ziyan deyil, lakin xəyala çox dalmaq onun elə xəyal olaraq qalması ilə nəticələnir. Bunu sizə keçmişin peşəkar xəyalpərəsti olaraq deyirəm.

- Baxmayaraq ki, çox gəncsiniz, amma nailiyyətləriniz imkan verir ki, bunu sizdən soruşaq. Gənclərə nə tövsiyə edərdiz?

- Xəcalət verdiz mənə, lap Nobel mükafatı almış ilk azərbaycanlı kimi his elədim özümü. Elə də öyünəsi uğurlarım yoxdur. Məsləhət istəyirsiniz? Onda buyurun: Daim axtarışda olun, cəsarətli olun, heç olmasa ömrünüzdə azı 10 dəfə risk edin. Gözü yumulu yox, hesablanmış risk. Məsuliyyət altına girməkdən qaçmayın. Uduzmaqdan qorxmayın. Ediləsi işlərin planını tərtib edin. Özünüzü tam başqa sahədə də sınayın. İncəsənətlə də maraqlanın, peşənizdən asılı olmayaraq. Bircə həyatınız olduğunu unutmayın. Onu layiqli yaşayın. Daha çox əylənin. Daha çox çalışın. Daha çox yaşayın.

P.S. Biz bu müsahibəni yayimlayarkən Fərhad Qarayev hal-hazırda daha bir təcrübə proqramı  üçün  Türkiyədədir. Ona işlərində uğurlar və sağ-salamat vətənə dönməsini arzu edirik.


Dünya Muradova

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)