22 aprel 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Məzarı olan yeganə Azərbaycan generalı - “Artilleriyanın allahı”
Məzarı olan yeganə Azərbaycan generalı - “Artilleriyanın allahı”
17.06.2017, 14:32

Torpaqları işğal altında olan Azərbaycan günü-gündən öz ordusunu gücləndirir və ən müasir silahlarla təmin edilir. İqtisadi baxımdan ölkəmizin gücünün artması eyni zamanda, onun hərbi büdcəsinin də artmasına gətirib çıxarır. Lakin müasir ordumuzun qədimə dayanan tarixi var.

Bildiyimiz kimi, 26 iyun Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. Xalqımız bu günü Silahlı Qüvvələr günü kimi qeyd edir. Məhz bu tarixdə Azərbaycan Milli Ordusunun əsası qoyulub.

Ordumuzun yaranmasında fəal iştirak edən generellardan biri də Əliağa Şıxlinski idi. Onun xalqımız üçün ən böyük xidmətlərindən biri 1917-ci ilin noyabrında olub. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoyub.


Tədqiqatçı-jurnalist Şəmistan Nəzirli Modern.az saytı ilə söhbətində Əliağa Şıxlinski haqqında maraqlı məqamlardan bəhs edib:

“1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əliağa Şıxlinskinin müstəsna rolu olub. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi təcrübəsindən gecə-gündüz istifadə edirdi.

Milli Azərbaycan korpusunun komandiri general Əliağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Məlumat”ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı. General yazırdı: “Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım, layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilmişdir”.

General Əliağa Şıxlinski və silahdaşları 16 vəziyyətlə əlaqədar layihədə təklif edib ki, vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv olunsun. Müharibə şəraitində bu azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun.

May ayında ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qonşuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olundu.

Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərb nazirinin müavini təyin edildi”.


Tədqiqatçının sözlərinə görə, Əliağa Şıxlinski Cümhuriyyət dövründə Səməd bəyin müavini olmaqla bərabər, həm də onun sağ əli idi:

“Səməd bəy Əliağa Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, insani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Əliağa Şıxlinskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu quruculuğunda da ondan geniş istifadə edirdi. Ordu quruculuğu prosesinin elmi-praktik biliklər tələb edən məsələlərinin həlli əsasən Əliağa Şıxlinskiyə həvalə edilirdi və həmin məsələlərin keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə olmazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu və vaxtilə rastlaşdığı bir çox hərbiçilərdən fərqli olaraq o, Əliağa Şıxlinski kimi bir hərbiçi ilə birgə xidmət etməyi nəinki karyerasına təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilirdi ki, Əliağa Şıxlinski bütünlükdə Nazirliyin yükünü öz üzərinə götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da Səməd bəy nazir vəzifəsinin icrasını Əliağa Şıxlinskiyə həvalə edərdi”.


Şəmistan Nəzərli qeyd edib ki, Əliağa Şıxlinski məzarı olan yeganə generalımızdır. Tədqiqatçının sözlərinə görə, Şıxlinskinin övladı olmayıb:

“Şıxlinskinin həyat yoldaşı Nigar xanım 1931-ci ildə dünyasını dəyişdi. Övladı da olmadığı üçün  o vaxtdan etibarən tək yaşadı. 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosof-alim Heydər Hüseynovun özü təşkil etdi. Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər”.


Günay RƏSULQIZI

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
21.04.2018, 21:41

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı
21.04.2018, 21:23

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
21.04.2018, 21:17

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
21.04.2018, 21:03

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

Deputatların sayı azaldı - SƏBƏBLƏR
21.04.2018, 20:42

Deputatların sayı azaldı - SƏBƏBLƏR

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 
21.04.2018, 20:31

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 

Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21.04.2018, 20:18

Yeni nazirin 38 yaşı var - Bioqrafiya

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
21.04.2018, 20:07

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
21.04.2018, 19:39

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
21.04.2018, 18:50

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub

Abutalıbov baş nazirin müavini oldu
21.04.2018, 18:10

Abutalıbov baş nazirin müavini oldu

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
21.04.2018, 17:55

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
21.04.2018, 17:44

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...

Deputat “Dövlətqaçqınkom”un sədri oldu
21.04.2018, 17:36

Deputat “Dövlətqaçqınkom”un sədri oldu

İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI
21.04.2018, 17:29

İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI

Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK
21.04.2018, 17:21

Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK

Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı
21.04.2018, 17:18

Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı

İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu
21.04.2018, 17:00

İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu

Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı
21.04.2018, 16:30

Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı

Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
21.04.2018, 16:27

Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

Yerevanda terror hücumlarının qarşısı alındı
21.04.2018, 16:25

Yerevanda terror hücumlarının qarşısı alındı

Qəhrəman atanın qəhrəman oğlu
21.04.2018, 16:06

Qəhrəman atanın qəhrəman oğlu

Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI
21.04.2018, 15:57

Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI

Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı
21.04.2018, 15:52

Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 
21.04.2018, 15:42

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 

Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi
21.04.2018, 15:06

Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  
21.04.2018, 14:55

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.6%)
İmtahan qiymətləri normalıdr(6.38%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(72.3%)
İmtahan qiymətləri azaldılmalıdır(2.12%)
İmtahan qiymətləri artırılmalıdır(8.51%)