Modern.az

Çində avtomatlaşdırılmış mağazalar fəaliyyətə başlayıb

Çində avtomatlaşdırılmış mağazalar fəaliyyətə başlayıb

Dünya

17 İyun 2017, 22:23

Çinin Şanxay şəhərində avtomatlaşdırılmış səyyar mağazalar sınaq fəaliyyətinə başlayıb. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, “Moby” mağazası günəş batareyaları ilə qidalanır və təkərləri olan kiçik pavilyondan ibarətdir.

Bu mağazanın müştərisinə çevrilmək üçün telefona müvafiq proqramı yazmaq lazımdır.

Taksi kimi, müştəri istənilən vaxt bu səyyar mağazanı da SMS vasitəsilə yaxın əraziyə çağıra bilər.

Xüsusi qurğular vasitəsilə mağaza vitrində olan məhsulların sayını bilir və həmin məhsul azaldıqda anbardan yeni məhsulları qəbul edir.

İsveçin “Wheelys” şirkətinin istehsalı olan səyyar “Moby”nin dəyəri 30 min dollara yaxındır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!