Modern.az

Nəşriyyatdan çıxarılan qəzetlər - Onları sayı nə qədərdir?

Nəşriyyatdan çıxarılan qəzetlər - Onları sayı nə qədərdir?

18 İyun 2017, 11:11

Zaman-zaman reket qəzet”lərin siyahısı ictimaiyyətə açıqlanır və həmin qəzetlər “Azərbaycan” nəşriyyatından çıxarılır. 

 

Hazırda nəşriyyatdan çıxarılan qəzetlər varmı? 

 

“Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin rəisi Afiq Vəlimətov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

 

“Azərbaycan” nəşriyyatında yerləşən bəzi qəzetlər var ki, onlar fəaliyyətini dayandırıb. Bunun da səbəbləri var. Əvvəla, maliyyə çətinliyi ilə üz-üzədirlər. Digər tərəfdən, qəzetlər sayt versiyasına keçib. Ona görə də nəşr olunmurlar. Həm də çətinliklər üzündən nəşriyyatdan çıxan qəzetlər var ki, onların yerinə yeniləri gəlir. Belə deyək də, həmişə olduğu kimi qəzetlərin "rotasiyası" davam edir

 

Afiq Vəlimətov “reket qəzet”lərin nəşriyyatdan çıxarılması məsələsinə də aydınlıq gətirib.

 

Mətbuat Şurasının “qara siyahı”sına düşən qəzetlərlə bağlı “Azərbaycan” nəşriyyatı hər hansı tədbir görmür. Çünki tədbiri Mətbuat Şurası, məhkəmələr, dövlət idarələri görür. Əgər hər hansı qəzetlə bağlı məhkəmənin qərarı olursa, dərhal həmin qəzetin heyətini nəşriyyatın binasından çıxarırıq

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi