Modern.az

Seyid Camal Əzimzadə: “Seyidlər evini zooparka çevirərsə, bu, din adına biabırçı hadisədir”

Seyid Camal Əzimzadə: “Seyidlər evini zooparka çevirərsə, bu, din adına biabırçı hadisədir”

18 İyun 2017, 13:42

Hazırda Azərbaycanda  ilan ocağı kimi tanınan yer Sabirabad rayonundadır.  “Qulu baba” ocağı adlanan yer ətraf kəndlərdə məskunlaşan insanların müqəddəs ziyarət yeri kimi tanınır. Həmin evdə seyidin saxladığı ilanların sayı-hesabı yoxdur. 

 

Maraqlıdır ki, illər öncə əminliklə evində saxladığı ilanların onları sancmasının qeyri-mümkün olduğunu söyləyən ev sahibini ilan sancaraq öldürmüşdü.

 

Ümumiyyətlə, seyidlərin evində ilan saxlaması doğrudurmu?

 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Modern.az-a açıqlamasında deyib ki, bu cür hallar seyid adına yaraşan əməl deyil. 

 

Uzun illərdir ki, bizim evimiz seyid ocağı kimi tanınıb. Heç vaxt görmədim ki, evimizdə ilanlar olsun. Evimizdə fəqir-füqaraların yaşadığını görmüşəm. Evimidə 10-la şəhid cənazəsinin göz yaşları içərisində yuyulub kəfənlənməsini görmüşəm. Ona görə də belə şeylərin biabrçılıq olduğunu düşünürəm. Həqiqi Əhli-beyt müəssisəsi olan seyidlərin evləri zoopark deyil. Oralar mənəviyyat işığından ibarətdir. Ora insanlara nur qərq etdirən, mənəvi, həqiqi, gerçək dəyərləri aşılayan əbədi və əzəli müəssisədir. Kimlər ki, evini zooparka çevirib, heç bir halda onların dini dəyərlərə aidiyyatı yoxdur. Bu, İslam dünyası, Azərbaycan dini adına biabrçı bir hadisədir

 

Seyid Camal Əzimzadənin sözlərinə görə, təəssüf ki, Azərbbaycanda bir çoxları mən seyidəm deyərəkbağırır. 

 

Bunun özü gülüncdür. Bu müqəddəs dəyərlərin istismar olunmasıdır. Seyidlərin şəcərələri var. 100 illərlə toplumun sınağındn keçən müqəddəs övliyalar, seyidlər var. Onların adı, ünvanı bəllidir. Qurani-Kərimdə Əhli-beytə sevgini bildirən ayə var. Allah Peyğəmbər və onun Əhli-beytinə sevgi və sayğının var olmasını istəyir

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır