Modern.az

Almaniyada terrorda şübhəli bilinən şəxslər tutuldu

Almaniyada terrorda şübhəli bilinən şəxslər tutuldu

18 İyun 2017, 22:26

Almaniyada təyyarədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ştutqart şəhər aeroportunda qeydə alınıb.

Məlumata görə, Bulgaria Air" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib, təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə saxlanılıblar. Saxlanılanların yaşı və milliyyəti barədə də məlumat verilmir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!