Modern.az

Prezidentin komandası parlament seçkilərində də qalib gəlir

Prezidentin komandası parlament seçkilərində də qalib gəlir

18 İyun 2017, 22:44

Fransada keçirilən parlament seçkilərinin ikinci  turunun ilkin nəticələri açıqlanıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlir.

Məlumata görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 56 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 41,25 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 22,59 faiz, Marin Le Penin  “Milli Cəbhə”si 9,93,01 faiz, sabiq hakim  “Sosialist Partiyası” 6,24 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 2,89 faiz səs toplayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir